İnsanlara hürriyət, millətlərə istiqlal!

Ucarda "KamAZ" aşdı, Bakı-Qazax yolu bağlandı

677 29.06.2025 10:53 Hadisə A A

Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı–Qazax əsas magistral yolunun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağdaş rayon sakini, 1994-cü il təvəllüdlü Murad İslam oğlu Mustafayevin idarə etdiyi, mişar daşı ilə yüklənmiş “KamAZ” markalı yük maşını idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzanın baş verdiyi yolda nəqliyyatın hərəkəti bir müddət dayandırılıb. Aidiyyəti qurumların müdaxiləsindən sonra avtomobillərin hərəkəti bərpa olunub./APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR