İnsanlara hürriyət, millətlərə istiqlal!

UEFA "Qarabağ"la oyundakı erməni təxribatına görə "Marsel"i cərimələyib

723 08.03.2022 00:31 İdman A A

UEFA Konfrans Liqasının Fransada "Marsel" və "Qarabağ" komandaları arasında keçirilmiş pley-off mərhələsinin ilk oyununda baş verən hüquqi pozuntularla bağlı qərarlar açıqlanıb.

"Report"un məlumatına görə, Nəzarət, Etika və İntizam Komitəsi yerli kluba ümumilikdə 44 250 avro cərimə kəsib.

Cərimənin 20 000 avrosu azarkeşlərin təxribatçı siyasi və təhqiramiz hərəkətləri ilə əlaqədar tətbiq olunub. Qarşılaşmanın gedişində Ermənistan və qondarma rejimin simvolunun nümayiş etdirilməsi "Marsel"ə bu qədər məbləğə baha başa gəlib.

"Marsel" daha 14 000 avronu tribunalarda ümumi istifadə üçün nəzərdə tutulan keçidlərin tutulması səbəbindən ödəyəcək.

10 250 avro cərimə isə fişəng yandırılması ilə əlaqədar tutulacaq.

Qeyd edək ki, fevralın 17-də keçirilmiş həmin qarşılaşma "Marsel"in qələbəsi ilə yekunlaşıb - 3:1. Fevralın 24-də Bakıda təşkil olunmuş cavab oyununda isə "Qarabağ" 0:3 hesabı ilə uduzub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR