İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyaya qarşı hərəkətə keçdi - Darmadağın edilir

3201 07.07.2026 14:59 Dünya A A

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri Azov dənizində Rusiyanın sanksiyalar altında olan "kölgə donanması"na məxsus səkkiz tankerə zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi ("Madyar" ləqəbli) sosial şəbəkələrdə paylaşıb.

Komandanın sözlərinə görə, zərbə nəticəsində hədəf alınan bütün gəmilər identifikasiya edilib və onların beynəlxalq sanksiyalar altında olduğu təsdiqlənib. 2006–2012-ci illərdə inşa edilmiş, hər birinin uzunluğu 140 metr və dedveyti 7000 ton olan həmin gəmilərə "Venera-3", "Sanar-1", "Sanar-17", "Klimena", "Teti", "Aleksey Savrasov" və "Penelopa" daxildir. Siyahıdakı sonuncu gəmi ilə bağlı dəqiqləşdirmə işləri hələ də davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR