Ukraynada 18-60 yaş arası kişilərin ölkədən çıxışı qadağan edilib.
Musavat.com xəbər verir ki, bu barədə Lvov gömrük idarəsinin rəhbəri Daniil Menşikov açıqlama verib. O, bildirib ki, 18-60 yaş arası olan kişilərin ölkədən çıxışına icazə verilməyəcək.
"Bu qərar hərbi vəziyyətə görə qəbul olunub. Panikaya düşməyin və icazəsiz sərhədi keçməyin", - Daniil Menşikov deyib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi hücumundan sonra mülki şəxslər kütləvi şəkildə şəhərləri tərk etməyə başlamışdı.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi əli silah tutan hər kəsə silah paylanılacağını açıqlamışdı.
Musavat.com






