İnsanlara hürriyət, millətlərə istiqlal!

Ulağa oxşayanlar… - İrəvandakı çempionatın rəmzi niyə muflondur?

1632 15.04.2023 20:18 Yazarlar A A

Qarabağdakı və sərhəddəki vəziyyəti nəzərə alaraq, idmançılarımızı ermənilərin içinə göndərməyə lüzum yox idi

Azərbaycan ağırlıqqaldıranlarının İrəvana gedəcəyi dəqiqləşəndə jurnalist həmkarlarla qısa müzakirədə ümumi rəy belə oldu: “Nəyə gedirlər?” Söhbət heç də ondan getmir ki, indi Azərbaycanda ümid verən gənclər olsa da, biz idmanın bu növündə o qədər də irəli gedə bilməmişik və o səbəbdən düşmən ölkəyə getməyin mənası yoxdur. Əsas vurğu ona idi ki, Qarabağdakı və sərhəddəki vəziyyəti nəzərə alaraq, idmançılarımızı (3 kişi, bir qadın) ermənilərin içinə göndərməyə lüzum yox idi. Ermənistanın paytaxtına bizimkilərin niyə getməsinin də səbəbi aydındır. Ermənilərin üzünü görməkdən kim məmnun ola bilər ki? Səbəbi İrəvandakı çempionatda “Paris- 2024” Olimpiya Oyunlarına lisenziya qazanmaq şansı idi.

1947-ci ildən bəri ağıllıqqaldırma üzrə hər il Avropa çempionatı keçirilir. 1988-ci ildən qadınların Avropa çempionatları ayrıca keçirilirdi. 1998-ci ildən isə həm qadınlar, həm kişilər arasında birincilik birlikdə keçirilir.

Ermənistan müstəqillik qazanandan ikinci dəfə idi ki, belə mötəbər turnirə ev sahibliyi etmək şansı qazanmışdı, bundan əvvəl deyəsən, boks üzrə çempionat da İrəvanda olmuşdu. Amma bu, daha miqyaslı turnir sayılır, o səbəbdən çalışmışdılar ki, iştirakçı ölkələrin və idmançıların sayı çox olsun. Rusiya və Belarusdan başqa (Beynəlxalq Ağırlıqqaldırma Federasiyası Rusiya və Belarus ağır atletlərinin bitərəf bayraq altında çıxışını mümkün sayırdı, amma onlar buna razılaşmadılar) 40-dək ölkə Avropa çempionatında iştiraka (319 idmançı) razılıq vermişdi.

idman.PNG (731 KB)

Martın sonunda iştirakçı ölkələrin müvafiq federasiyaları  Avropa Ağırlıqqaldırma Federasiyasına müəyyən pul köçürmələri ediblər, o cümlədən Azərbaycan da. Mart ayında Ermənistan Ağırlıqqaldırma Federasiyasının prezidenti Karen Giloyan Azərbaycan millisinin İrəvandakı çempionatda iştirakı haqda danışmışdı. Hiss olunurdu ki, Ermənistan yarışda Azərbaycan idmançılarının da iştirakında maraqlıdır, bunu da piar kimi düşünürdülər yəqin.

041523f4a72ddeb188474bb0ef1849dc61286d.jpeg (57 KB)

Deyim ki, Türkiyə də yarışa geniş tərkibdə iştirakçı göndərib. Bir mənbədə bu sayın 24, başqa bir mənbədən 19 olduğunu oxudum. Amma bunun o qədər də əhəmiyyəti yoxdur, Türkiyə ağırlıqqaldırmada məsələn, elə Bolqarıstan qədər adlı-sanlı ölkə hesab edilir. O səbəbdən, bizim idmançılar geri qayıtmağa məcbur olsalar da, türkiyəli qardaşlarımız İrəvandadır. Biz yoxuqsaq, onlar var... Onlara da aqressiv münasibət yəqin ki, irəliləyən günlərdə mütləq özünü göstərəcək, necə ki, futbol üzrə Avropa çempionatının seçmə mərhələsindəki ilk oyunda Türkiyənin himnini İrəvan stadionunda fitə basmışdılar, indi də bənzər hoqqalar çıxara bilərlər. “Azərbaycan olmadığı yerdə Türkiyə, Türkiyə olmadığı yerdə Azərbaycan var” - bu deyim indi “Bir millət iki dövlət” qədər tirajlıdır, hər iki ölkənin rəsmiləri də bunu dəfələrlə dilə gətiriblər. O səbəbdən, Azərbaycanın yarışı başlamamış tərk etməsində məyus olacaq heç nə yoxdur. Yeri gəlmişkən, 102-ci dünya çempionatı gələn il Antalyada olacaq, inşallah oraya daha geniş tərkibdə gedərik...    

İndi gələk, Ermənistandakı məlum hadisəyə ki, bunun dünyanın gözü qarşısında baş verməsi İrəvanın, Paşinyan hökumətinin bu yarışdan qazana biləcəyi bütün piarın, planların içinə “gül qoydu”. Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Məhəmməd Jaloud (iraqlıdır) və Avropa Ağır Atletika Federasiyasının prezidenti Antonio Conflitti də bu vandallığı şəxsən gördü və yəqin ki, Ermənistana bu cür mötəbər turnirin təşkilatçılığı bir daha asanlıqla verilməyəcək.

16814991354893219519_1000x669.jpg (253 KB)

Paşinyanın qısa çıxışını oxudum, 1 həftə davam edəcək çempionat haqda elə sevincək və pafoslu sözlər deyib ki... “Ermənistan bu çempionatı 40 ilə yaxındır ki, gözləyirdi. Bu, son dərəcə simvolik və mühüm hadisədir. İnanmaq istərdim ki, bu günün simvolizmi də bir o qədər dərindir. Ağır atletika üzrə Avropa çempionatı rəmzidir ki, dövlətimiz, xalqımız nəinki müqavimət göstərməyə həm də taleyin və tarixin bizim qarşımızda qoyduğu yükləri qaldırmağa hazırdır.”

Bu insident Paşinyanın sevincini də qursağında qoydu, Ermənistan Azərbaycan bayrağının ağırlığının altında qaldı, əzildi.

Əslində, sarsaq erməni  bu hərəkətinə hansı məna verməsindən asılı olmayaraq, ölkəsini rüsvay etdi. Əsir əsgərimizə qarşı etdikləri vəhşilikdə hansı mesajları (bax: https://musavat.com/news/ermeniler-o-videonu-niye-yaydilar-bize-verilen-4-mesaj_970351.html) vermişdilərsə, onu təkrarladılar.

00c89a14a6686ee4ca4a2d4bac4d9d0a.jpg (63 KB)

Bu baxımdan gözlənilməz və qeyri-adi heç nə baş verməyib. Ermənistan isə daha bir zərbə almış oldu. Ola bilsin, yarışın beynəlxalq təşkilatçısı olan qurumlar hadisəyə bizim istədiyimiz reaksiyanı verməsinlər. Çünki təşkilatçı ölkə idmançıların təhlükəsizliyindən tutmuş, onun atrubtlarına hörmətədək qorumağa borcludur, bu həm də  beynəlxalq federasiyaların məsuliyyətidir. Göründüyü kimi, Ermənistan hökuməti bunu bacarmadı, idman yarışına kölgə düşdü...

Nəhayət, Paşinyan ağızdolusu simvollardan danışıb. Ermənistan yarışın simvolu kimi muflonu seçib.

er-1.jpg (83 KB)

Muflon məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoyun cinsinə aid heyvan növüdür. Amma bu muflon erməninin hərəkətindən sonra nədənsə, daha çox ulağı xatırlatdı. Ermənilərə yaraşan da budur…              

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR