İnsanlara hürriyət, millətlərə istiqlal!

UNEC-də “Açıq qapı”ya ümumilikdə 24 müraciət daxil olub FOTO

763 27.01.2024 19:50 Təhsil A A

UNEC-də qış imtahan sessiyasının növbəti “Açıq qapı” günü keçirilib.

Musavat.com xəbər verir ki, “Açıq qapı”da rektor, prof.Ədalət Muradovla birlikdə UNEC İctimai Nəzarət Şurasının üzvləri professorlar Şahlar Əsgərov, Hikmət Əlizadə, müvafiq struktur rəhbərləri və tələbə rektor iştirak edib.

Qəbula yazılan tələbələrin müraciətləri imtahanlarda intizam qaydalarının pozulması, təhsil haqqına güzəştin edilməsi, xarici universitetdə dinlənilən fənnin əvəzlənməsi ilə bağlı olub. Müraciətlər dinlənildikdən sonra yerindəcə müvafiq qərarlar verilib.

Qeyd edək ki, qış imtahan sessiyasında keçirlilən “Açıq qapı” günlərinə ümumilikdə 24 müraciət daxil olub. Onların böyük əksəriyyəti imtahanlarda intizam qaydasının pozulması barədə olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR