İnsanlara hürriyət, millətlərə istiqlal!

Unudulmuş "Krokus”: Qurbanların 40-na nə ulduzlar, nə də rəsmilər qatılmayıb

488 30.04.2024 18:10 Dünya A A

“Crocus City Hall” konsert zalında terror aktı nəticəsində həlak olan 145 nəfərin xatirəsinə anım mərasimi keçirilib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu gün insanlar yenidən terakt baş verən məkana gül dəstələri, oyuncaqlar qoyublar, xatirə abidəsinə həlak olanların fotoşəkillərini yerləşdiriblər.

Səhər saatlarında abidənin girişinə metal detektor qoyulub və mühafizə gücləndirilib.

Bildirilir ki, hazırda “Krokus” ətrafında faciəni xatırladan çox az şey var. Terror aktından sonra konsert zalının damındakı yanmış “Crocus Hall” lövhəsi qara hisdən təmizlənib.

Terror aktında həlak olanların anım mərasimi günorta saatlarında başlayıb. Terror qurbanlarının xatirəsini yad etmək üçün olduqca az adam (50-60) toplaşıb. Bu insanların heç də hamısı faciəni ananlar deyil. Bir təqaüdçü etiraf edib ki, o, yaxınlıqda yaşayır və tez-tez konsert salonuna baş çəkir, ona görə də buradadır. Bir kişi deyib ki, yol keçərkən abidəni görüb və yas tutanlara qoşulmaya bilməyib.

Məmurlardan və “ulduz” sənətçilərdən anım mərasiminə qatılan olmayıb. Mərasimə yalnız gənclər və könüllülər hərəkatının nümayəndələri qatılıb.

Terror aktı qurbanlarının yaxınları jurnalistlərlə ünsiyyət qurmaq istəməyiblər. Zərər çəkənlərdən bəziləri dəfn mərasimi başa çatdıqdan sonra hələ də metal hasarlarla əhatə olunmuş “Krokus” binasınən yanmış dam örtüyünə, əsas girişin sınmış qapı-pəncərələrinə baxa-baxa sakitcə ağlaşıblar.

Martın 22-də “Krokus” konsert zalında törədilmiş terror aktında 145 nəfər həlak olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR