İnsanlara hürriyət, millətlərə istiqlal!

"Valideynlərimsiz qeyd etdiyim ilk ad günümdür"

476 13.01.2026 13:17 Şou-biznes A A

Aparıcı Xoşqədəm Hidayətqızının ad günüdür.

Musavat.com xəbər verir ki, aparıcı bununla bağlı paylaşım edən aparıcı bir müddət əvvəl itirdiyi valideynlərini xatırlayıb:

"Bu gün valideynlərim olmadan qeyd etdiyim ilk ad günümdür. Yaxınlar, dostlar təbrik edir, amma ürəyimdə bir boşluq var. Səsiniz qulağımda, dualarınız yolumdadır. Yanımda olmasanız da, mən sizdən ayrılmamışam. Bu gün bir yaş böyüdüm, amma hələ də sizin qucağınızda böyüyən o uşaq kimi qaldım. Darıxıram və sevirəm".

Qeyd edək ki, türkiyəli müğənni Doğuşla ailəli olan Xoşqədəmin 3 övladı var. 

Könül
Musavat.com 

302667_mzcoiaq2sg.jpg (121 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR