İnsanlara hürriyət, millətlərə istiqlal!

Varlı həyatın “kasıb” məktəbi bağlanır - VİDEO

1576 08.06.2023 02:58 Ölkə A A

Şəmkirin Varlı həyat kəndində fəaliyyət göstərən 96 nömrəli Kəlbəcər köçkün məktəbi bağlanmaq üzrədir.

Xezerxeber.az-ın məlumatına görə, 2008-ci ildən fəaliyyət göstərən təhsil müəssisəsi üçün 2020-ci ildə yeni modul tipli məktəb binası da tikilib. Ancaq bu da onun aqibətini dəyişməyib.

Məktəbin müəllim və əməkdaşları da verilən qərarla razılaşmaq istəmirlər.

Mövzu ilə bağlı Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən isə bildirilib ki, məktəbdə hazırda cəmi 4 şagird təhsil alır və onların 2-si müəllim övladıdır. İdarənin aparıcı məsləhətçisi Nərmin Musayevanın sözlərinə görə, təhsil ocağında işləyən müəllimlər əsasən Gəncə və Şəmkir şəhərlərindən gəlirlər. Məktəb bağlanacağı halda şagirdlər yaşadıqları əraziyə yaxın məsafədə yerləşən digər yerli məktəblərə yerləşdiriləcəklər. Həmçinin təhsil ocağında çalışan şəxslər də yaşadıqları əraziyə yaxın ümumtəhsil müəssisələrində işlə təmin olunacaqlar.

Daha ətraflı süjetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR