İnsanlara hürriyət, millətlərə istiqlal!

Vatsapda yeni FUNKSİYA

3786 14.08.2023 14:19 Texnologiya A A

Vatsap sosial şəbəkə tərtibatçıları birbaşa söhbət siyahısında filtrləməni aktivləşdirməyə imkan verən yeni funksiyanı sınaqdan keçirməyə başlayıblar.

Musavat.com  xəbər verir ki, bu barədə “Gizmochina” məlumat yayıb.

Funksiya “Google Play”də beta test proqramı çərçivəsində 2.23.14.17 yeniləməsində mövcuddur.

Tətbiqin yeni versiyasının təsvirinə əsasən, funksiya söhbətlərin filtrlənməsini daha rahat etməyə yönəlib, çünki indi filtr düyməsi birbaşa söhbət siyahısında, hər bir söhbətdə isə ayrıca yerləşəcək. Vatsap söhbət siyahısında 3 filtr təqdim etməyi planlaşdırır. Onlar istifadəçilərə oxunmamış mesajlar, şəxsi söhbətlər və bizneslə bağlı söhbətlər əsasında söhbətlərini təşkil etməyə imkan verəcək.

Musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR