İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaxtından tez pensiyaya çıxmaq istəyənlər üçün VACİB XƏBƏR

1943 11.02.2024 03:43 Sosial A A

Nazirlər Kabineti "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda dəyişiklik edib.

Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, siyahıya əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın yığılması üzrə operatorlar qazpaylayıcı stansiyanın operatorları, texnoloji boru kəmərlərinin quraşdırıcıları daxil edilib.

Qərara əsasən, aidiyyəti qurumlarin təklifləri əsasında aktuallığını itirmiş və hazırda mövcud olmayan 13 peşə adı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısından çıxarılıb.

ƏƏSMN yanında İctimai Şuranın Sədri Elşad Məmmədov qeyd edib ki, Azərbaycanda erkən pensiya hüququnun əldə edilməsi ilə bağlı müvafiq qaydalara Nazirlər Kabineti tərəfindən edilən yeniliklərə iqtisadiyyatda gedən proseslərin yaratdığı zərurət kimi baxıla bilər.

Elşad Məmmədovun sözlərinə görə, bu dəyişikliklər pensiya hüququnun əlçatanlılığı baxımından önəmlidir.

Şura sədri əlavə edib ki, vaxtından əvvəl pensiyaya çıxmaq şəxslərin qərarından asılıdır. Yəni istəməyənlər bu hüquqdan istifadə etməyə bilərlər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR