İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəkil: "Şakro Molodoy azad olunub və xəstəxanaya aparılıb"

927 29.03.2024 14:35 Dünya A A

Şakro Molodoy kimi tanınan Zaxari Kalaşov koloniyadan buraxılıb və hazırda xəstəxanadadır.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə onun vəkili Tengiz Papaskua məlumat verib.

“O, səhhətinə görə evə buraxılıb. Şərti azad etmə tamam başqa bir şeydir. Heç kimi dinləməyin, mən sizə düzgün məlumat verirəm. Səhhətinə görə buraxılıb. Onun azadlığa buraxılmasının nə fərqi var? O, artıq xəstəxanadadır”, - Papaskua bildirib.

Martın 13-də məlum olub ki, Krasnodar diyarının Ust-Labinsk məhkəməsi 70 yaşlı Zaxari Kalaşovun azadlığa buraxılması barədə qərar qəbul edib.

Onun vəkili Gazeta.ru-ya izah edib ki, məhkəmə Kalaşovu mətbuatın yazdığı kimi şərti olaraq deyil, tibbi komissiyanın rəyi əsasında xəstəliyinə görə cəzadan azad etmək qərarına gəlib.

2018-ci ildə Şakro Molodoy Moskvanın Roçdelskaya küçəsində yerləşən “Elements” restoranının sahibindən hədə-qorxu ilə xərac tələb etdiyinə görə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Hadisə 2015-ci ildə baş vermiş və atışma ilə başa çatmışdı. Şakro cəzasını Krasnodar diyarında ciddi rejimli koloniyada çəkib.

Kalaşov 2013-cü ildə digər məşhur qanun oğru Ded Xasan (əsl adı Aslan Usoyan) vəfat etdikdən sonra Rusiya kriminal cəmiyyətinin lideri olub. Nəticədə, bir sıra sui-qəsd cəhdləri səbəbindən əvvəllər bir neçə il İspaniyada yaşamış Şakro Molodoy boşalmış “taxt”a keçib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR