İnsanlara hürriyət, millətlərə istiqlal!

“WhatsApp”da yeni funksiya

2912 05.10.2023 03:23 Texnologiya A A

“WhatsApp”ın “iPhone” üçün son beta versiyasına zənglər zamanı istifadəçinin IP ünvanının qorunması funksiyası əlavə edilib.

Yenilik “WhatsApp”ın “iOS” üçün 23.20.1.73 nömrəli beta versiyasında müşahidə edilib.

Bu funksiya sayəsində istifadəçilər səsli və videozənglər edərkən IP ünvanlarını gizlədə biləcəklər. Bu, fırıldaqçıların istifadəçinin IP ünvanını əldə etməsini və məsələn, onun yerini hesablamasını çətinləşdirəcək.

Bu funksiya, həmçinin 23.20.1.73 nömrəli “Android” üçün “WhatsApp”ın beta versiyasında da müşahidə edilib.

IP ünvanının qorunması funksiyasını mesencerin parametrlərində, “Məxfilik” bölməsində aktivləşdirə bilərsiniz. Yenilik fırıldaqçı ola biləcək naməlum “WhatsApp” istifadəçiləri ilə ünsiyyət zamanı faydalı olacaq.

Qoruma zəngləri “WhatsApp” serverinə ötürməklə təmin edilir. Güman edilir ki, bu səbəbdən funksiya yüklənmiş vəziyyətdə qeyri-sabit işləyə bilər.

Hələlik IP ünvanını qorumaq imkanı yalnız “Android” və “iOS”da “WhatsApp”ın beta versiyalarının bəzi testerləri üçün əlçatandır. Qlobal buraxılış vaxtı hələ açıqlanmır.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR