İnsanlara hürriyət, millətlərə istiqlal!

“WhatsApp” hər kəsə lazım olan 3 yeni funksiya təqdim etdi

1828 11.05.2023 08:50 Texnologiya A A

“WhatsApp” mesenceri növbəti yeniləmə ilə istifadəçiləri sevindirib. Belə ki, mesencerə bir neçə faydalı funksiya əlavə edilib.

Musavat.com xəbnər verir ki, hazırda bu yeniliklər “iOS” smartfonlarının sahibləri üçün əlçatandır.

Yenilənmələr ilk növbədə sorğu sisteminə aiddir. Artıq sorğunu elə konfiqurasiya etmək olar ki, istifadəçi yalnız bir cavab seçə bilsin. Hər yeni səsdən sonra cihaza bildiriş göndəriləcək.

Dəyişikliklər, həmçinin söhbətlərdə şəkil və videoların ön izləmələrinə də təsir edib. Yeni interfeys sayəsində istifadəçi yükləmənin nə vaxt başladığını və nə vaxt bitdiyini görə bilər. Əvvəllər yükləmə göstəricisi görünmürdü. Bundan əlavə, iOS-da “WhatsApp” istifadəçiləri fotoşəkillərdən öz stikerlərini hazırlamaq imkanı əldə ediblər. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR