İnsanlara hürriyət, millətlərə istiqlal!

Windows 11 Bloknota YENİ FUNKSİYALAR əlavə olundu

753 23.03.2024 05:14 Texnologiya A A

“Microsoft” son illərdə “Windows”da quraşdırılmış “Notepad” (Bloknot) proqramını tədricən təkmilləşdirir və indi, nəhayət, orfoqrafik yoxlama funksiyasını əlavə edib. Yenilik “Windows 11”in ən son sınaq versiyasında “Dev” və “Canary” kanallarında “Windows Insider” proqramının üzvləri üçün artıq mövcuddur. Bunun üçün siz “Microsoft Store” vasitəsilə “Notepad”ı 11.2402.18.0 versiyasına yeniləməlisiniz.

“Notepad”da orfoqrafiya yoxlanışı “Microsoft Word” və ya “Microsoft Edge” brauzerində olduğu kimi işləyir. Səhv yazılmış sözlər avtomatik olaraq qırmızı rənglə vurğulanır və orfoqrafik təkliflərə baxmaq və səhvləri düzəltmək üçün siçanın sağ düyməsini sıxmaq lazımdır.

“Microsoft, hətta avtomatik düzəliş də əlavə edib ki, istifadəçi yazmağa davam etdikcə səhvlər düzəlsin. “Notepad”ın orfoqrafiya yoxlanışı bir çox dilləri dəstəkləyir. Parametrlərdə aktivləşdirməyə ehtiyac yoxdur, standart olaraq işləyir.//Oxu.az

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR