İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”   VİDEO

458 17.04.2024 13:12 Ölkə A A

"Bir qarabağlı olaraq çox sevinirəm ki, insanlarımız artıq Böyük Qayıdışa hazırlaşırlar. Laçına və kəndlərinə, Füzuli şəhərinə, Zəngilana köç edirlər və çox xoşbəxtdirlər. Mən də istərdim ki, doğulduğum Ağdamda fəaliyyətimi davam etdirim".

Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Xalq artisti Aygün Bayramova deyib. O öz sahəsində uğur qazanmış insanları birliyə çağıraraq, hamının əl-ələ verib Qarabağı cənnətə çevirəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

Xalq artisti Aygün Bayramovanın iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik:

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR