İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi ilə bağlı daha bir ŞAD XƏBƏR

7368 23.01.2024 14:20 Qarabağ xəbərləri A A

“Azərpoçt” MMC tərəfindən son 20 il ərzində ölkə üzrə maddi-texniki baza gücləndirilib, poçt şöbələri və filiallar əsaslı təmir edilib və ya binaları yenidən tikilib. Bu illərdə 887 yeni poçt şöbəsi binası tikilib, 126 poçt şöbəsi binası əsaslı təmir edilib, 11 poçt filialı üçün isə yeni bina tikilib.

Musavat.com-un MMC-yə istinadla xəbərinə görə, əlavə olaraq qurum tərəfindən 367 yeni avtomobil alınaraq istifadəyə verilib.

Eyni zamanda, 2003-2023-cü illər ərzində 72 yeni ATM quraşdırılıb, 1236 poçt şöbəsi isə mərkəzi şəbəkəyə qoşulub.

Xatırladaq ki, 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsi yaradılıb. 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub.

Hazırda Xankəndi Poçt Filialının yaradılması, Şuşa, Laçın, Xocavənd və Əskəran şəhərlərində poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR