Müğənni Zamiq Hüseynov instaqramda maraqlı paylaşım edib.
Musavat.com xəbər verir ki, Qarabağa yollanan ifaçı Xankəndidə çəkilmiş şəkil və videolarını instaqramda izləyiciləri ilə bölüşüb.
Paylaşımda onun oğlu ilə birgə Qarabağ Universitetini, kilsəni, Xankəndi stadionunu ziyarət edərkən çəkilmiş fotoları yer alır. Müğənni həmçinin pianoda “Cənnətim Qarabağ” mahnısını canlı ifa etdiyini bildirib.
Onun paylaşımı izləyiciləri tərəfindən bəyənilib.
Könül
Musavat.com










