İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidən 4 kəndə doğru - O, təkcə Azərbaycan kəndlərini yox, erməniləri də azad edir

2367 21.04.2024 18:25 Yazarlar A A

Azərbaycan və Ermənistan arasında işğal altındakı 4 kəndin azad olunması, həmçinin delimitasiya prosesi ilə bağlı əldə olunmuş razılaşma heç şübhəsiz tarixi əhəmiyyət kəsb edir. Çoxları gözləmirdi, söhbət yeni eskalasiya arzusu ilə alışıb-yanan, Ermənistandakı revbanşçı qüvvələri stimullaşdıran, parallel olaraq sülh danışıqlarında iştirak edən rəsmi İrəvana silah-sursat, maliyyə yardımını əsirgəməyən paytaxtlardan gedir. Bəzilərinin səsi-sorağı gəlmir, sanki başlarına qaynar su ələnib. Axı, Ermənistandan sərt addımlar gözləyirdilər, Azərbaycanla növbəti toqquşmalara getməsi halında bu ölkəyə Fransanın başçılığı ilə Avropa İttifaqının missiya heyətinin sayının və bu ölkədə qalma müddətinin artırılması planı işlənmişdi, hətta anonslar verilirdi.

Üstəlik, Azərbaycanın Ermənistana guya hücum edəcəyi barədə proqnozlar irəli sürən mərkəzlər dediklərinin doğrulmasını intizaarla gözləyirdilər. Olmadı, bütün planlar suya düşdü. Ermənistan hakimiyyəti Brüssel görüşündən sonra anladı ki, İrəvanla hərbi pakt imzalanması planı məhz Azərbaycanın qətiyyət nümayişindən sonra təxirə salındısa, vəd edilən yardımların onda birinin sadəcə sözü verildisə, demək Qərbdəki havadarlara arxayın olub, riskə getmək, yeni müharibəyə başlamaq olmaz, bu, Ermənistanın sonunu gətirər.

Azərbaycana qarşı yeni Qarabağ oyunu - “dirijor çubuğu” kimindir?

Azərbaycanın diplomatik sahədə növbəti böyük uğurundan sonra Qazaxın 4 kəndinin azad olunmasına qərar verildi. Budur, ayrı-ayrı paytaxtlardan Bakı və İrəvan arasında qəbul olunmuş qərarı alqışlayırlar. Bir çoxları səmimidirlərmi mövqelərində, demək çətindir. Onlara məsələlərin belə tez bitməsi lazım deyildi, varlıqlarını nümayiş etdirmək üçün delimitasiya və demarkasiya müzakirələrinə böyük ehtiyac duyurdular, Azərbaycan bu planı pozdu. Bəli, dövlətimiz növbəti diplomatik addımları və uğruları ilə müsbət mənada dünyanı təəcübləndirməkdədir. Azərbaycan dövləti həm də bölgədə sülhün əbədi mövcudluğu naminə çalışmalarını əzirgəmir. Bir dövlət, xalq qonşusuna bu qədər düşmənçilik edib, uşaqlarını, qadınlarını, qocalarını qətlə yetirib, soyqırımlar törədib, amma qarşılığında eyni münasibət sərgilənmir, mübarizə, müharibə kişi kimi aparılır, bu da dünyanın çox ünvanlarında təəccüblə qarşılandı. Axı, belə görməmişdilər, hesab edirdilər ki, Azərbaycan da mülki sakinlərdən qisas alacaq, Serj Sərkisyanın Xocalı etirafını əsas götürərərək. Amma Azərbaycan yalnız savaş meydanında düşmənin cavabını verdi və barış təklif etdi, dünyanı təəccübləndirərək.

Kimdir? Nədir? Ermənistan - BBC News Azərbaycanca

Çox təəssüf ki, Ermənistanda hələ də bəziləri kiflənmiş iddialardan əl çəkmək istəmir. Nikol Paşinyan əlində xəritə “bu kəndlər bizim ərazimizə aid deyil”, söyləyir, Qazaxın işğal altındakı kəndlərinin Azərbaycana qaytarılmasının alternativinin olmadığını deyir. Amma baş qaldıran revanşistlər yenə də hakimiyyətə barmaq silkələyir, “döyüşəcəyik”, deyirlər. Nə 44 günlük maharibədən, nə antiterror əməliyyatından dərs çıxartmaylıblar. Qazaxın kəndlərinin geri qaytarılmasına müqavimək göstərənlər arasında yaşı 80-I ötmüş bir qarını gördüm, İrəvan-Tiflis magistralına uzanıb etirazı davam etdirəcəyini deyirdi. Bu bədbəxt, beyni zəhərlənmiş qarı bilirsiniz kimi xaatırlatdı? 1989-cu ilin Leninakan, Spitak zəlzələsindən sonra, dağılmış binalardan birinin panelləri arasından çıxarılan qarının ““artsax” nə oldu?”, soruşmasını. İndi də asfalta uzanan qarı. Erməni revanşizmini tətikləyiən həm də bu qarılardır, onlar nəinki övladlarını düzgün tərbiyə etməyiblər, həm də barış anında belə, qarışdırmağa cəhd göstərdiblər, bir ayağının gorda olduğunu bildikləri halda, erməni gənclərini növbəti fəlakətlərə sürükləyiblər. Təsəvvür edin, 80-ci illərin sonlarında barış əldə olunsaydı, bölgədə hansı vəziyyət hökm sürərdi? Cənnətə dönərdi Cənubi Qafqaz. Azərbaycan ilkin addım da atmışdı, sülh naminə. O zaman Azərbaycan qonşusuna ilk yardıma tələsmişdi, yüzlərlə azərbaycanlı Ermənistana, zəlzələ bölgəsinə yollanmışdı. Baxmayaraq ki, Ermənistandakı Qərbi azərbaycanlıları deportasiya etmişdilər, 300 minədək soydaşımızı ev-eşiklərindən didərgin salmışdılar, onlara dəhşətlər yaşatmışdılar, amma Azərbaycan bütün bunlara rəğmən insanlıq nümayiş etdirmişdi. Hətta yardım üçün uçan İL-76 təyarəsində 80-ədək azərbaycanlını qətlə yetirdilər…Üstündən bir ay keçdi və Kərki kəndinin, ardınca Qazaxın 7 kəndinin işğalı ilə qanlı hadisələr növbəti mərhələyə keçdi.  

Qazaxın 7, Naxçıvanın 1 kəndi ilə bağlı SON DƏQİQƏ açıqlaması Yeni Sabah

Azərbaycanın dövlət başçısı nə qədər humanistdirsə, o qədər də prinsipialdır, hər zaman bəyan edib ki, bir qarış da torpaq güzəşt edilməyəcək. Bu mənada işğal altındakı 8 kəndin də azad ediləcəyinə zərrə qədər şübhə yox idi. Əslində növbəti toqquşmaların baş verməməsi, itkilərin olmaması üçün səbr nümayiş etdirdi dövlətimiz. Amma bu ilin yanvarında, yerli telekanallara müsahibəsində cənab Prezident bildirmişdi ki, ilkin olaraq 4 kənd qeyd-şərtsiz azad olunmalıdır! Bu, artıq Ermənistana növbəti xəbərdarlıq idi.

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının detalları

Dövlət başçımızın mövqeyi həm də bundan ibarət idi ki, ən yaxşı həll modeli iki ölkənin, heç bir xarici müdaxilə, vasitəçi olmadan danışması, anlaşması, dayanıqlı sülh əldə etməsidir. Bu baxımdan ilkin addım 2023-cü il dekabrın 7-də atıldı. O zaman Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistan Baş naziri aparatı arasında hər hansı vasitəçi olmadan qəbul edilmiş birgə bəyanat tarixi sənəd idi. Xatırladaq ki, həmin sənəddə sülh üçün tarixi imkanların olduğu qeyd olunaraq, Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyinə bir daha dəstəklərini ifadə etmişdi, Ermənistan öz namizədliyini geri götürərək COP29-un Azərbaycanda keçirilməsinə dəstəyini ifadə eləmişdi. Təbii ki, Azərbaycanla Ermənistan arasında 34 hərbi əsirlə bağlı mübadilənin həyata keçirilməsi də mühüm addım idi. Ermənistanın rəsmi şəkildə əldə olunan anlaşma barədə açıqlaması, həmçinin bölgədə dayanıqlı sülhün əldə olunmasına yönəlik anlaşmalar iki ölkə arasında diplomatik müstəvidə beynəlxalq təşkilatlarda davam edən diplomatik müharibənin dayandırılması idi. Bir çox mərkəzlər çox arzulayırdılar ki, Azərbaycan məhz COP 29-a aylar qalmış növbəti hərbi əməliyyat qərarı versin, vəziyyət gərginləşsin, onlar da bölgədə təhlükəsizliyə təhdid görüntüsü yaradıb, nöhəng beynəlxalq tədbirin boykot edilməsi, yaxud, Bakının evsahibliyinin ləğvi iddialarını qaldırsınlar. Zatən, bu meyllər hiss olunurdu və xaric səslər eşidilirdi. Azərbaycan onların bu planını da pozdu. Bir güllə atmadan Ağdam, Kəlbəcər və Laçının azadlığına nail olan dövlətimiz, Ali Baş Komandanımız bu dəfə 4 kəndi də məhz hərbi əməliyyatsız azad etdi, sadəcə diplomatik hücumla!

Hikmət Hacıyev Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ...

Özü də bu hadisə Rusiya sülhməramlılarının Azərbaycanı sakitcə tərk etməyə başlaması ilə parallel baş verdi. ABŞ-dan, Qərbin ayrı-ayrı çevrələrindən həyəcanlı açıqlamalar gəldi. Gözləmirdilər. Bir çoxları heyrətdədir: Azərbaycan nə edir? Axı, onlara müharibə lazım idi, atəş səslərini eşitmək istəyirdilər, sonradan “narahatıq” deyib, artistlik eləsinlər. Baş tutmadı, tamarzı qaldılar. Azərbaycan və Ermənistan arasındakı 7 dekabr və 19 aprel bəyanatları bir daha onun göstərir ki, Qərbin Azərbaycanın guya Ermənistana qarşı yeni müharibəyə başlayacağı barədə açıqlamaları cəfəngiyatdan başqa bir şey deyil. Bu, Ermənistanı qorxu altında saxlayaraq tam şəkildə öz iradəsinə tabe etdirmək siyasətinin tərkib hissəsidir. Ermənistanda da nəhayət, bunu anlamağa başlayıblar. 2024-cü il aprelin 19-da iki ölkənin yenə də heç bir vasitəçi olmadan sərhədlərin delimitasiyası üzrə işçi qrup səviyyəsində qəbul etdikləri bəyanat və bunun əsnasında keçən əsrin 90-cı illərinin əvvəllərindən Ermənistanın işğalı altında olan 4 kəndin Azərbaycana qaytarılması möhtəşəm tarixi hadisədir. Bu, həm də bölgədəki konfliktin sıfırlanması baxımından ciddi məsələdir. Qarabağın işğalının əsası məhz həmin kəndlərin işğalı ilə qoyulmuşdu, ilk şəhidləri məhz o kəndlərdə vermişdik. Bu, həm də tarixi, İlahi ədalətin növbəti dəfə bərpasıdır! Bunu Qarabağ Zəfərinin memarı, Müzəffər Ali BAŞ Komandan İlham Əliyev bacardı! Qalib xalqın Qalib Lideri! Prezident İlham Əliyev itirilmiş tarixi Azərbaycan torpaqlarını xalqımıza qaytarmaqda davam edir! Zəfərimizin qısa xronologiyasına diqqət edək:

Sentyabrın 27-də azad olunan ərazilər - SİYAHI

2020-ci il sentyabrın 27-dən Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan 30 illik işğala son qoydu! 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatı ilə Xankəndini və bütün yuxarı Qarabağı azad etdik! 2024-cü il aprelin 18-dən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasına başlandı! Və 2024-cü il aprelin 19-da 4 kəndin Azərbaycana qaytarılmasını təsdiq edən birgə bəyanat! Heç şübhəsiz davamı olacaq, daha 4 kəndin azadlığı, Zəngəzur dəhlizinin açılması, Qərbi azərbaycanlıların öz evlərinə qayıdışı! İnanırıq, güvənirik! Bölgədə Qafqaz Evi qurulacaqsa, Ermənistan və ermənilər də xilas olacaq!

313914410_196947269363646_6805027893226119426_n.jpg (90 KB)

Beləcə, Xankəndi zəfərindən yolumuz 4 kəndə doğrudur, üçrəngli bayrağımız çox yaraşacaq! Bu tarixi hadisə, döyüşmədən, qan tökmədən əldə olunan anlaşma təkcə bizim qələbəmiz deyil. Azərbaycanın dövlət başçısı böyük diplomatic uğuru ilə təkcə Azərbaycan kəndlərini yox, həmç də ermənilərin özlərini də azad edir! Fransa, Amerika…istilasından, əsarətindən, ələbaxımlılığından! Kəndlərin azad olunması prosesində heç bir üçüncü tərəfin iştirak etməməsi ermənilər üçün tarixi şans yaradır həm də, anlamalıdırlar ki, onları xilas edəcək iki qonşu – Azərbaycan və Türkiyə düşmən yox, əslində xilaskardır! Kaş ki, anlasaydılar…

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR