Ukraynada keçmiş prezidenti Viktor Yanukoviçin 15 illik həbs cəzası ilə bağlı hökm qüvvəyə minib.
Musavat.com RBC-Ukraine-yə istinadən xəbər verir ki, məlumatı Ukrayna Baş Prokurorluğu yayıb. Qeyd olunur ki, qərar Kiyev Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilib. Məhkəmə müdafiə tərəfinin apelyasiyalarını rədd edib və Kiyevin Podolski Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Apelyasiya məhkəməsi zamanı Baş Prokurorluğun prokurorları iddianı tam dəstəkləyiblər. Məhkəmə Yanukoviçi Ukrayna dövlət sərhədindən qanunsuz şəxslərin keçirilməsini təşkil etməkdə və fərariliyə təhrik etməkdə günahkar bilib. Bu hökm Yanukoviçə qarşı dövlətə xəyanətə görə əvvəl çıxarılan hökmlə birləşdirilib.
Ukrayna Dövlət Qvardiyasının keçmiş rəis müavini və Ukrayna Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisinə qarşı hökm də qüvvəyə minib. O, sərhəddən qanunsuz şəxslərin keçirilməsi və fərariliyə görə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə müəyyən edib ki, 23 fevral 2014-cü ildə Yanukoviç Prezident Təhlükəsizlik Xidmətinin keçmiş rəisi ilə əlbir olaraq və Rusiya nümayəndələrinin köməyi ilə Ukrayna dövlət sərhədini hava yolu ilə qanunsuz keçib. O, yaxın çevrəsindən ən azı 20 nəfərin və Dövlət Qvardiya Xidmətindən hərbi qulluqçuların da köçürülməsini təşkil edib.
Musavat.com






