İnsanlara hürriyət, millətlərə istiqlal!

Yevgeni Jukov: "ADB Orta Dəhlizin inkişafı üzərində işi davam etdirəcək"

323 06.05.2024 11:56 Dünya A A

Asiya İnkişaf Bankı (ADB) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Bunu "Report"a müsahibəsində ADB-nin Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov bildirib.

Baş direktor qeyd edib ki, ADB bu dəhlizin layihəsi üzərində hələ marşrut daha da tanınmadan əvvəl işə başlayıb: “Bu dəhliz Çindən Qazaxıstan, Özbəkistan, Azərbaycan, Gürcüstana və ondan kənara uzanır. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Çünki bu dəhlizin iqtisadi cəhətdən səmərəli olması üçün infrastruktura əhəmiyyətli investisiyalar, həmçinin siyasətdə dəyişikliklər, islahatlar, tariflərin və sərhəd prosedurlarının uyğunlaşdırılması tələb olunur.

İndi özəl sektorla əlaqə qursanız onlar, Orta Dəhlizin hazırda digər mövcud alternativlərdən 3-4 dəfə baha olduğunu deyəcəklər. Beləliklə, bu dəhlizin tam potensialını həyata keçirmək üçün burada biznesin aparılması xərcləri əhəmiyyətli dərəcədə azaldılmalıdır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR