İnsanlara hürriyət, millətlərə istiqlal!

Yevlax Rayon Polis Şöbəsində baş verən intiharla bağlı rəsmi açıqlama

2253 11.04.2022 19:40 Ölkə A A

Baş Prokurorluq Yevlax Rayon Polis Şöbəsində baş verən intiharla bağlı açıqlama yayıb.

Qurumun Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, aprelin 9-u saat 15 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutularaq Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan 1967-ci il təvəllüdlü İlham Əsgərovun saxlama kamerasında intihar etməsi barədə Yevlax Rayon Prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR