İnsanlara hürriyət, millətlərə istiqlal!

Zabrat yolunda yenilik -Sürücülərin nəzərinə!

1569 19.11.2025 20:17 Ölkə A A

Bakıda Şəhər şosesində (Zabrat yolu) ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolağı təşkil edilir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Bildirilib ki, Sabunçu rayonunun bu ərazisində xüsusi hərəkət zolağının mövcudluğuna baxmayaraq, şosenin sonunda – yolötürücünün başlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək zolaq mövcud olmayıb.

“Bu da ictimai nəqliyyat vasitələrinin sıxlıq halları ilə üzləşməsinə səbəb olurdu. Şəhər şosesində zolağın yaradılması ilə gün ərzində 17 müntəzəm marşrut xətti üzrə 160-dan çox avtobus rahat hərəkət edəcək.

İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik”, - qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR