Volodimir Zelenski Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddətinin uzadılması ilə bağlı qanunu imzalayıb.
Musavat.com xəbər verir ki, Volodimir Zelenski tərəfindən imzalanan qanuna əsasən, Ukrayna ərazisində ümumi səfərbərlik və hərbi vəziyyət rejimi daha 90 gün müddətinə uzadılıb.
Qərar ölkədə davam edən hərbi əməliyyatlar və mövcud təhlükəsizlik şəraiti fonunda qəbul edilib. Rəsmi Kiyev bu addımın dövlətin müdafiə qabiliyyətinin qorunmasına xidmət etdiyini bildirir.
Musavat.com






