Свобода людям, независимость нациям!

2026-cı ilin xəbərdarlıqları - qulaqlarından “sırğa” etsinlər!

1462 01.01.2026 16:57 Колумнисты A A

Prezident İlham Əliyevin Həmrəylik günü və Yeni il münasibətilə dünya azərbaycanlılarına müraciətini dinləyərkən qeyri-ixtiyari torpaqlarımızın işğal altında olduğu illəri, həmin illərin ənənəvi bayram təbriklərini xatırladım. O zaman hamımızın arzu-diləkələrinin əvvəlində “inşallah gələn ili Qarabağda qarşılayaq” nidası gəlirdi. İnanırdıq, güvənirdik!

Dövlət başçımızın elə bizi o müqəddəs arzuya qovuşdurduğu ilə qədəm qoyduğumuz ildəki çıxışında da həmişəki kimi inamla danışmışdı. Bildirmişdi ki, Qarabağ məsələsi ilə bağlı bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur.

Sitat: “Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir”.

Həmçinin demişdi: “Əminəm ki, bizim ardıcıl, düşünülmüş siyasət münaqişənin həllinə gətirib çıxaracaq. İqtisadi gücümüz, hərbi gücümüz, siyasi gücümüz, demoqrafik artım - bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Əminəm, gün gələcək ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq və bu istiqamətdə bu il böyük addımlar atılmışdır”.

O müraciət 2019-cu ildə xalqımıza ünvanlanmışdı. Nəticəni təkcə biz yox, bütün dünya gördü, bəziləri hələ də heyrətini gizlədə bilmir.

Prezident Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə paylaşım edib - Ayna.az

Tarixi Zəfərimizdən illər keçib və bu müddətdə Azərbaycan dövləti Qarabağda böyük quruculuq işləri aparır, məcburi köçkünlərimiz evlərinə qayıdır. Cənab Prezident budəfəki Yeni İl müraciətində 2025-ci ilin də ölkəmiz və xalqımız üçün uğurlu il olduğunu məmnunluqla qeyd etdi, Azərbaycan xalqının ötən illərdə sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşadığını vurğuladı. Xalq-iqtidar birliyinin bizim uğurlarımızın əsas amili olduğunu deməklə ölkə rəhbəri vətəndaş həmrəyliyinin sadəcə söz birləşməsi olmadığına, böyük fəxarət hissi ilə qeyd etdiyimiz tarixi qələbələrimizin təməlində milli birliyimizin də əsas faktora olduğuna diqqət çəkdi. Və milli birliyimizin təmin olunması şəraitində daha bir əminlik: “Beş il bundan əvvəl Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq. Azərbaycan xalqı bu Qələbə ilə əbədi olaraq fəxr edəcəkdir”.

Prezident qələbəmizin memarları barədə də danışdı, böyük sayğısını ifadə etdi: “Vətən müharibəsi dövründə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı, xalqımızın yumruq kimi birləşməsi bizim Qələbəmizi şərtləndirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır”. Tarixi qələbələrə imza atmış Baş Komandanın öz əsgər və zabitlərinə yüksək qiymətinin daha bir nümunəsidir!

30 illik erməni işğalına son qoyduğumuzu, ərazi bütövlüyümüzü, suverenliyimizi, milli ləyaqətimizi bərpa etdiyimizi qürurla qeyd edən dövlətimizin başçısı Zəfər paradını təsadüfən xatırlatmadı.

Sitat: “Bu il Zəfərimizin beşinci ildönümünə həsr olunmuş hərbi paradda son illər ərzində ordu quruculuğunda görülmüş işlərin bir hissəsi xalqımıza və bütün dünyaya nümayiş etdirildi. Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırmışdır. Yeni silahlar və texnika ilə təchiz edilmiş Ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir. Biz son 5 il ərzində həm yerli istehsal olan silah və texnikadan istifadə edərək, eyni zamanda, xaricdən aldığımız silah və texnikanı Ordumuzun potensialına əlavə edərək hərbi gücümüzü böyük dərəcədə gücləndirə bildik. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı, yeni yaradılmış Komando Qüvvələrinin say tərkibi minlərlə əsgər və zabitdən ibarətdir”.

Ali Baş Komandan bu barədə danışarkən təkcə xalqımıza xitab etmədi, həm də Azərbaycanın hərbi gücünü artırmasından təşvişə düşən çevrələrə də ismarıcını yollamış oldu: “Biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq”.

Bu xəbərdarlıqlar Azərbaycana bəd nəzərlərlə baxan, ayağımızın büdrəməsini gözləyən, fürsət axtaran erməni revanşistlərlə yanaşı, sülh prosesindən və ölkəmizin tarnzit yolu ayırmasından, ticarət əlaqələrinin başlamasından məmnunluğunu bildirib, təşəkkürlərini davam etdirən Ermənistan hakimiyyətinə və onlara açıq və gizli şəkildə silah yollayan paytaxtlara da yönəlib. Elə bu günlərdə İrəvan hava limanına Avropa ölkələrindən gətirilən silah-sursat boşaldılırdı. Nə üçün, sülhə hazırlıq görürlər bəlkə? Azərbaycan və Ermənistan arasındakı şərti sərhədlərdə yerləşdirilmiş Avropa İttifaqının kəşfiyyatçıları da sülh naminə hansısa fəaliyyət göstərmirlər, daha çox gərginliyin mövcudluğunda maraqlıdırlar, Ermənistanın maraqlarının təmin olunmasına çalışırlar. 30 illik işğala son qoyulması yolunda Azərbaycanın atdığı addımlara əngəl olmaq istəyən qüvvələr bu gün də xain planlar hazırlayırlar.

Dekabr ayında Avropa İttifaqı və Avropa Parlamentinin Ermənistanda nəinki revanşistlərin, bütövlükdə Ermənistanın on illərlə mövcud olmuş işğalçı və terrorçu siyasətinin dirçəldilməsinə yönəlik fəaliyyəti rəsmi Bakının diqqətindən kənarda qala bilməzdi! Amma  ordumuzun gücləndirilməsinin daha ciddi səbəbləri var, Ermənistandan yönələ biləcək hansısa təhlükələri önləmək üçün Aazərbaycanın daha bir neçə dəfə güclənməsinə bəlkə də zərurət yoxdur.

Aprel döyüşləri - Böyük qələbəmizə aparan yolun başlanğıcı

Ordumuz hətta 10 il öncə, Aprel döyüşlərində Ermənistanı ağır məğlubiyyətə uğratdı...Sözsüz ki, son 5 il ərzində yeni silahlar və texnika ilə təchiz edilmiş Azərbaycan silahlı qüvvələrinin öz gücünü artırması, xüsusi təyinatlı qüvvələrin say tərkibinin bir neçə dəfə artırılması bütövlükdə qlobal miqyaslı təhlükələrlə əlaqədardır. Müasir təhdidlər, dünyada gedən genişmiqyaslı silahlanma prosesi fonunda Azərbaycanın ilk növbədə öz təhlükəsizliyi haqda düşünməsi zərurətdən doğur. Vətən müharibəsindən sonra Azərbaycanın Zəfəri beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək və təsdiqləmək üçün atdığı addımlar qələbəmizin əbədiliyini və geridönməzliyini təmin etmək baxımından olduqca vacibdir.

Bəli, bütün dünyanın Azərbaycanın zəfərini qəbul etməsi faktdır, bundan kimsənin yayınması mümkün deyil. Amma o qədər nadanlar, nankorlar, beynəlxalq hüquqa məişət mövzusu müstəvisində yanaşanlar var ki...Bu gün dünyanın nə qədər qaynar nöqtələri və müharibə ocaqları var. Bütün bunları nəzərə aldıqda Azərbaycan dövlətinin mövqeyində və qərarlarında nə qədər haqlı olduğunu söyləmək olar.

Ötən il Minsk qrupunun rəsmən tarixin arxivinə göndərilməsi və Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə silinməsi Azərbaycan Prezidentinin qətiyyətli, prinsipial siyasətinin məntiqi nəticəsidir. Bu gün Azərbaycana o qədər həsəd aparan xalqlar və dövlətlər, həmçinin siyasi xadimlər var ki...Ərazi bütövlüyünü təkbaşına təmin edən, ədalətli sülh prosesini diqtə edən İlham Əliyev faktoru dünyada nümunə olaraq qeyd olunur.

Azərbaycanın sülh gündəliyinin beynəlxalq müstəvidə tanınması və Vaşinqtonda ABŞ prezidentinin iştirakı ilə qələbəmizin möhürlənməsi, sülh sənədinin paraflanması 2025-ci ilin önəmli tarixi hadisələrindən oldu. Diqqət edin, qalib Azərbaycan Ermənistana taxıl yolu açdı, ticarət əlaqələrinə start verdi, sülhün regional təhlükəsizliyin bərqərar olması və əbədiliyi naminə! Paralel şəkildə Azərbaycanda bütün ölkə üzrə geniş quruculuq işləri aparılır və bölgələrin inkişafına dəstək verilir. Bir çox ölkələrin rəsmiləri, ekspertləri xüsusilə də erməni vandalizminə məruz qalmış ərazilərimizdəki quruculuq işlərinimi heyrətlə söyləyirlər. Dövlətimiz Zəngəzur dəhlizi ilə bağlı qarşısına qoyduğu hədəflərə çatmaq yolunda da həlledici illərdən birinə daxil olub.

Ölkə başçısı bildirmişdi, 2026-cı ilin yayında Zəngəzur dəhlizi – Tramp marşrutunun Azərbaycan hissəsindəki işlər 2026-cı ilin yayında başa çatdırılacaq. Digər ölkələrin də hərəkətə keçməsinə çağırış edilmişdi və artıq Ermənistan da öz ərazisində tikintiyə başlayacağını bəyan edib. Bu, dövlətimizin qətiyyətinin, prinsipiallığının, qarşısına qoyduğu hədəflərə çatmaq yolunda əzmkarlğının növbəti nümunəsidir!

Və Qalib Liderdən 2026-cı ilin xəbərdarlığı: “1.Azərbaycana beynəlxalq nüfuzunun daha da güclənməsi və müstəqil siyasət - biz hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olmuşuq, heç kimə imkan verməmişik və verməyəcək ki, bizim işimizə qarışsın! 2. Azərbaycanın siyasi iradəsi, xalq-iqtidar birliyi, hərbi gücü, iqtisadi potensialı o qədər gücləndirib ki, heç kim bizə öz iradəsini diqtə edə bilməz!” Kifayət qədər aydın mətnlə deyilib, hər kəs, hər paytaxt öz hesabını götürsün! Minsk qrupu kimi yaramaz və yarıtmazın tabutuna mismarlar vuran, AŞ PA kimi ermənipərəstin qapısını çırpıb çıxan, Avropa İttifaqındakı haypərəstlərin payını artıqlaması ilə verən, makronları peşman edən, ayağına gətirən qalib ölkə, onun Lideri ilə kimsə şərtlə, tələblə danışa bilməz! Yuxarıdakılar quran, yaradan ölkənin “Şəhərsalma və Memarlıq ili” ilə bağlı xəbərdarlıqlarıdır, qulaqlarından “sırğa” eləsinlər! Azərbaycan sülhə sadiqdir, müharibə istəmir, şəhər və kəndlərini qurmaqla, tikməklə məşğul olacaq! Yer üzündən silinmiş Ağdamda ucalan binalar birilərinin gözlərinə möhkəm girib, ox kimi, bilirik! Amma yolumuzu kəsə bilməyəcəklər, necə ki, 30 illik cəhdləri fayda vermədi...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости