Свобода людям, независимость нациям!

Azərbaycan və Türkiyənin iş adamları Göyçə gölünün sahilində...

3630 16.01.2026 18:55 Колумнисты A A

Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatında ədaləti təmin etməsi təkcə Azərbaycan dövlətinin suveren hüquqlarının bərpası ilə yekunlaşmadı. Dövlətimizin təkbaşına işğala və terrora qarşı mübarizəsindən qazanan təkcə dost-qardaş, müttəfiq ölkələr olmadı. Qəribə görünsə də, işğalçı və terrorçu siyasət yürüdən Ermənistan özü belə, “Dəmir Yumruq” əməliyyatından mövcud olduğu tarix boyunca əldə etmədiyi uğurlar əldə etmiş oldu. Bu mənada Nikol Paşinyanı “türk casusu” adlandıran radikal haylar zaman gələcək bəlkə də ona kapitulyasiya aktını imzaladığına görə heykəl qoyulması təşəbbüsü qaldıracaqlar.

NİKOL SON.jpg (202 KB)

100 ildən artıq müddətdə saxta “erməni soyqırımı” iddiasını hayların boğazına keçirib, dünya boyunca “pirr qələbələri” qazandıran beynəlxalq mərkəzlər, Ermənistana forpost tale yaşadanların yürütdüyü siyasət də iflas oldu Azərbaycanın bölgədəki prosesləri diktə etməsi nəticəsində. Odur ki, ermənilərin Azərbaycana üzr və minnətdarlıq borcu var: onları ağalarının boyunduruğundan, alət ömrü yaşamaq əzabından xilas etdiyinə görə.

Diqqət edin, Azərbaycan Ermənistana iki yük qatarı yanacaq göndərib, təbii ki, şirkətlərarası kommersiya şərtləri əsasında, qısa müddətdə İrəvanda benzinin qiyməti aşağı düşüb, Paşinyan məmnunluqla bu anlaşmadan danışır və ölkəsində yanacaq inhisarçılarına zərbə vurulduğunu etiraf edir.

b81c6275b615d72a167348b2b1e022d3.jpg (293 KB)

Həmçinin Azərbaycanın elan etdiyi tranzit yolla Ermənistana qazax və rus taxılının daşınması nəticəsində Ermənistan milyonlarla dollar irəli düşüb. Hətta Azərbaycan təyyarələri hələlik “kadastr sənədi olmayan” ölkənin səmasından uçduğuna görə İrəvanın büdcəsinə milyonlar əlavə olunub. Hələ bu, sülh sazişinin paraflanması halında əldə olunan uduşlardır, görün sülh müqaviləsi imzalanandan, Zəngəzur dəhlizi əldə olunandan sonra Ermənistan nələr qazanacaq: həm Azərbaycanın böyük bazarından, ikitərəfli iqtisadi-ticarət əlaqələrindən, həm də Avropa-Çin marşrutunun Qərbi Zəngəzurdan keçən hissəsindən. Bu mənada Vaşinqtonda keçirilən Rubio-Mirozyan görüşü, çərçivə razılaşması, 8 avqust anlaşmasından irəli gələn tapşırıqların icrası istiqamətində siyasi iradənin ortaya qoyulması ilk növbədə Ermənistanın və ermənilərin faydasınadır!

8449ef66-9a31-3513-993b-2686774c2eee_825.jpg (129 KB)

Azərbaycan rəhbərliyi neçə müddət idi bunu deyirdi, eşitmək istəmirdilər. Nəhayət, anladılar. Paşinyanın Azərbaycan Prezidentinə dəfələrlə təşəkkür etməsi də nəhayət, real situasiyanın dərk edilməsinin məntiqi nəticəsidir. Ermənistan hakimiyyətinin 18 yanvarda İrəvandakı separatçı qondarma rejimə həsr olunmuş “mədəni tədbirin” keçirilməsinə “stop” qoyması da “ev tapşırıqları”na əməl edilməsinin əlaməti sayıla bilər. Çünki artıq anlamağa başlayırlar ki, əks mövqe Ermənistanı heç bir halda uduşa aparmır, əksinə, birdəfəlik uçurumun dibinə yuvarlayar. Bundan sonra bölgədə hansı proseslər baş verəcək, bu barədə sözsüz ki, Ermənistanda da ciddi müzakirələr aparılır. Azərbaycanın liderliyi ilə reallaşan layihələr, alternativ dəhlizlər, dünyanın supergücünün iştirakı ilə həyata keçirilən işlər. Üstəlik, 40 milyondan artıq türkün yaşadığı İranda yaşananlar...Ermənistan üçün “nəfəslik” olmuş bir ölkədə düzən dəyişərsə, onda necə olacaq? O halda tərəddüd etmədən Azərbaycan və Türkiyə ilə əlaqələrə yenidən baxmaq lazımdır, xilas olmaqdan ötrü...

Xatırlayırsınız, Sürix protokolları imzalanarkən hələ torpaqlarımız işğal altında idi. Amma Ermənistan Türkiyə ilə sərhəd qapılarının açılmasına getmədi, təbii ki, ağaları da qoymadı. Amma eyni zamanda daxildə bir hikkə var idi, düşünürdülər ki, Türkiyəsiz də yaşaya bilərlər. Amma bir neçə ildir Türkiyə ilə həmsərhəd Marqara keçid məntəqəsini təmir ediblər, gözləri yoldadır, Ankara nə vaxt qapını açacaq? Türkiyə isə Azərbaycanla koordinasiyalı şəkildə hərəkət edir, ortada ŞUŞA ƏHDİ var. Baxmayaraq ki, rəsmi İrəvan uzun müddət ərzində Türkiyə ilə danışıqları Azərbaycandan kənarda aparmaq niyyətində idi. Xəyalları suya düşdü. Elə dünən Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirdi ki, Zəngəzur dəhlizinin Azərbaycanın istədiyi kimi həyata keçəcəyinə inanırıq. Diqqət edin: Azərbaycanın istədiyi kimi!!!

DAHLİZ.jpg (240 KB)

Azərbaycan dəhlizdən maneəsiz, sərbəst istifadəni istəyir. Dövlət başçımızın mövqeyi birmənalıdır, Azərbaycan vətəndaşları hansısa erməninin yoxlamasına məruz qoyula bilməz! Türkiyə XİN-in rəhbəri bildirib ki, Azərbaycanı Naxçıvana quru yolu ilə bağlayacaq bu dəhliz həm Orta Dəhliz, həm də Türkiyənin Türk dünyasına açılması baxımından olduqca mühümdür.

HAKAN .png (1.06 MB)

Hakan Fidan deyib ki, Vaşinqtonda Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) fəaliyyətə başlaması üçün ABŞ və Ermənistan bəzi razılıqlar əldə edib və bu sənəd, həmçinin onun bəndləri ətrafında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə iki saata yaxın müzakirəmiz oldu:

“Çərçivə barədə dövlət başçımıza da məruzə etdim. Lakin sülh sazişinin tam təmin olunması üçün Ermənistanın həyata keçirməsi lazım olan öhdəliklər var. Ermənistanın Baş naziri Nikol Paşinyanın bu istiqamətdə göstərdiyi müsbət iradəni dəstəkləyirik”.

Ankaradan gələn bu bəyanata İrəvandan normal qarşılıq verilib. Budur, Ermənistan parlamentinin spikeri Alen Simonyan Türkiyənin xarici işlər naziri və regional tərəfdaşlara Paşinyana dəstək göstərdikləri üçün təşəkkür edib:

“Türkiyənin xarici işlər naziri və bu regiondakı digər tərəfdaşlara təşəkkür edirik, çünki onlar erməni cəmiyyətinin əksəriyyətinin sülh, ticarət və TRIPP çərçivəsində ticarət əlaqələrinin inkişafı ilə bağlı çağırışlarını dəstəkləyirlər”.

8a758d94-57f0-3bb8-a933-a9f77e5e6725_825.jpg (74 KB)

Bəli, Azərbaycanın yaratdığı sülh və təhlükəsizlik çətiri altında Ermənistan həm Azərbaycana, həm də Türkiyəyə təşəkkür edir. Çox deyirdik ki, sizi uşaqlıqda yanlış başa salıblar, əsl düşməninizi tanımırsınız, türk sizin xilaskarınızdır, düşməniniz yox...Bundan sonra “val”ı dəyişməsələr, qazanacaqlar...Bir azdan Türkiyə ilə sərhədlərin açılmasından, ticarət əlaqələrinin başlanmasından da böyük vəsaitlər əldə edəcəklər. Günün birində Azərbaycan və Türkiyə biznesmenlərinin Göyçə gölünün kənarına yatırım qoyduqları barədə xəbərlər də təəccüb doğurmayacaq, çünki sülhün əldə olunması halında bu kimi işlər normaldır. Amma ona qədər Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkdiyini, Konstitusiya və normativ hüquqi aktlara referendum vasitəsilə dəyişiklik etdiyini təsdiqləməli, gerbindən Ağrı dağını çıxartmalı, “Qarabağ Azərbaycandır!” dediyi kimi, “Qərbi Ermənistan” adlandırdığı Türkiyə ərazilərinin də Türkiyə olduğunu bəyan etməlidir, saxta “soyqırım” nağıllarını unutmalı, Türk paşalarına həqarət olunan abidələri demontaj etməlidir!

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости