Свобода людям, независимость нациям!

Azərbaycana qarşı muzdla döyüşən Qərb “demokratları”nın SON akkordları

1583 09.02.2026 15:22 Колумнисты A A

Azərbaycana qarşı hibrid müharibə davam edir. Özü də bir-biri ilə düşmən olanlar Azərbaycan əleyhinə fəaliyyət haqqında sanki gizli memorandum imzalayıblar. Təkcə son günlər baş verənlərə diqqət etmək kifayətdir.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında ölkəmizə qarşı qəbul olunmuş əsassız qətnamənin üstündən bir neçə gün keçəndən sonra Rusiya Federasiyası Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin birinci müavini, hakim “Vahid Rusiya” Partiyasının üzvü Konstantin Zatulin də ermənipərəst avropalıların xoruna qoşuldu. Azərbaycanın iştirak etmədiyi platformada hazırlanmış qərəzli qətnamədə iddia olundu ki, guya Bakıda 23 “erməni əsir” saxlanılır.

742bf238-f453-324e-afa1-f7d3e3b342a4_825.jpeg (57 KB)

Əvvəla, Qarabağın separatçı başçılarının əsir olmadığını, konkret cinayət əməllərinə görə mühakimə edildiyini Avropada çox yaxşı bilirlər. Həmçinin onların “əsir” adlandırdığı, içərisində Xocalı soyqırımını törətdiyi faktlarla, şahid ifadələri ilə təsdiqlənən şəxslərin də olduğu 4 nəfərin İrəvana təhvil verildiyindən də bixəbər deyildilər. Amma yenə də 23 deyib, durdular. Çünki qərəzlidirlər, dilləri yalana öyrəşib, eyni zamanda ermənilərdən aldıqları çirkli pulların yuyulması əməliyyatında istənilən rəzilliyə qol çəkməyə hazırdılarlar. Əks təqdirdə, içərilərindən kimsə tapılardı və deyərdi ki, cənablar, Azərbaycanın iştirak etmədiyi sessiyada və hələlik mövcud olmadığı qurumda onun məsələsini birtərəfli şəkildə müzakirə etmək yolverilməzdir!

Azərbaycan hətta ona qarşı saysız cinayətlər törədən separatçıların müdafiə hüququnu tanıdı, onları vəkillə təmin etdi, son sözlərinə qədər imkanlar yaratdı. Amma özlərini “demokrat” adlandıran ermənipərəst parlamentarlar bir ölkənin özünümüdafiə hüququnu tanımadılar, onu olmadığı ünvanda şərlədilər, üstünə çamur atdılar. Görək bu separatçılar həmin avropalıların ölkələrində Azərbaycana qarşı törətdiklərinin yüzdə birini törətsəydi, yenə də onları “hərbi əsir” adlandırıb, “dərhal” azad olunması haqda qətnamə qəbul edərdilərmi?! Təbii ki, yox. Heç onların sağ-salamat saxlanmasına belə ehtiyac görməz, qolubağlı məhkəmə qarşısına çıxarıb, aylarla mühakimə etməz, onların həbsxanada saxlanmasına dövlət büdcəsindən vəsait xərcləməzdilər, başlarına güllə vurub, gedər-gəlməzə yollayardılar. AŞPA bütövlükdə korrupsiya hallarında, qaranlıq biznes əlaqələrində adı hallanan alman deputat Frank Şvabe və onun kimi Azərbaycanofobların təsiri altına düşüb. Acınacaqlı haldır, Avropanın önəmli institutunun olan-qalan imicini darmadağın etdilər. Vaxtilə Azərbaycan və bir sıra digər gənc müstəqil ölkələr bu kimi qurumlara necə böyük ümidlərlə üzv olmuşdu. Amma Şvabe kimiləri AŞPA-nı “erməni klubu”na çevirdilər.

Almaniya Bundestaqının Sosial-Demokrat Partiyasının üzvü Frank Şvabe elə bir xəstəliyə tutulub ki, onun müalicəsi artıq mümkün sayılmır. Zaman-zaman o qədər belə xəstələr guördük ki... Kristofer Ştrasser kimi, həmçinin 2009-cu ilin 1 oktyabrından 2019-cu ilin sentyabrınadək Avropa Şurasının baş katibi olan Torbyorn Yaqland kimi...

e355c151-f993-3f39-b674-e2f092a28852_825.jpg (61 KB)

Yeri gəlmişkən, Yaqlandın da başı qaldadır. “Epşteyn işi” çərçivəsində açıqlanmış sənədlər arasında Norveçin lqtisadi va Ətraf Mühit Cinayətlərinin Təhqiqi və Araşdırılması üzrə Milli Orqanı tərəfindan Yanqlanda qarşı cinayət mühakimə icraatının başlanılması ilə bağlı qərar qəbul edilib. Hətta Norveçin Xarici İşlər Nazirliyi ölkənin keçmiş baş naziri olmuş bu şəxsin adının Epşteyn qalmaqalında hallanması ilə bağlı bəyanat yayıb.

Bildirilir ki, qərarın icrası üçün T.Yaqlandın Avropa Şurasının sabiq baş katibi kimi sahib olduğu immunitetin ləğv edilməsi məqsədilə Norveçin Xarici İşlər Nazirliyi tərəfindən AŞ-nin Nazirlər Komitəsinə müraciət ediləcək. Hətta o da bildirilir ki, Yaqlandın immunitetinin ləğv edilməsilə bağlı qərar layihəsinin AŞ Nazirlər Kabinetinin yaxın günlərdə keçiriləcək iclasının gündəliyinə daxil edilməsi planlaşdırılır. Yəni bu da bir Yaqland biabırçılığı. Dəvəquşu kimi başlarını AŞPA-ya soxublar, xüsusi immunitetə malik olduqları düşüncəsi və çirkli erməni pullarının rahatlığından doğan eyforiya ayıblarına kor olmaq imkanı verməyib.

Vaxtilə AŞPA Azərbaycan ərazilərinin işğalına nisbətən həssas yanaşırdı, o zamana qədər ki, Yaqland qurumun baş katibi oldu. Hətta Nikol Paşinyanın Xankəndiyə qanunsuz gələrək “Qarabağ Ermənistandır. Nöqtə” - bəyanatına da AŞPA-nın “yaqlandları” kar və kor qaldı.

PASİN SON.jpg (202 KB)

Azərbaycan ərazilərini 30 il işğalda saxlayan, qəbirlərimizi, şəhər və kəndlərimizi yer üzündən silən Ermənistan 20 ildən artıq müddətdə AŞPA-nın üzvü olaraq dövranını sürdü, bircə dəfə də olsun qurumun nəinki sanksiyasına, hətta iradına belə tuş gəlmədi. Məhz onların bu münasibəti Ermənistanı “yeni ərazilər uğrunda” mübarizəyə həvəsləndirdi, nəticədə minlərlə insan itkisinə səbəb olan müharibə baş verdi. Bu mənada demək olar ki, 44 günlük müharibədə Azərbaycana qarşı döyüşənlər sırasında Yaqland, Şvabe, Ştrasser və digərləri də olub.

Ermənistanın işğalına, separatizmin çiçəklənməsinə verilən dəstəyin qarşılığında erməni diasporundan, Ermənistanın Qarabağdakı talanlarından əldə olunan qazanc müqabilində. Faktiki olaraq muzdlu döyüşçü olublar. Şərt deyil ki, əllərində avtomat səngərə girsinlər. Azərbaycanı dayandırmaq üçün daha nələrə əl atmadılar...Yaqlandın Ermənistan hakimiyyətindən “Şərəf” ordeni almasının özü də onun muzdlu döyüşçü olduğuna şübhə yeri qoymur.

Hamısının burnundan gələcək. Epşteyn adasında çıxartdıqları oyunlar da bir-bir faş olunur. Necə ki, ötən il ABŞ-nin keçmiş senatoru Bob Menendez rüşvətxorluq və korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edildi. 72 yaşlı ermənipərəst senator Azərbaycana qarşı o qədər iftira yağdırırdı ki...Amma çox uzağa gedə bilmədi. Dilindən qarmağa düşdü. 2024-cü ilin iyulunda münsiflər heyəti Menendezi rüşvətxorluq, qəsb, ədalət mühakiməsinə mane olmaq və xarici agent kimi fəaliyyət göstərmək kimi 16 maddə üzrə ittiham etdi. Azərbaycanın daxili işlərinə burnunu soxan bu sarsaq qoca hətta Misirə hərbi təchizat və yardımın koordinasiyasını asanlaşdıracağını vəd edibmiş...

XfMb3jNGqqnkY5rdKR9lwDRhMNDsoIJyhf2PejiN_825.jpg (56 KB)

Rusiyanın AŞPA-dakı nümayəndəsi tərəfindən “verbovka” olunmuş Yaqland, həmçinin Kremlin maraqlarının müdafiəçisi qismində çıxış etmiş Ştrasser kimiləri Moskvanın Qərbdəki agentura şəbəkəsinin və 5-ci kolonunun sadiq üzvlərindən olublar. Həm də can-başla erməni məsələsində “çəkici bir zindana döyüşblər”. Amma onlar yalnız görünənlər, ifşa olunanlardır, erməni məsələsində o qədər eyni mövqedən çıxış edənlər var ki...Yuxarıda qeyd etdik: bir-biri ilə düşmən olan dövlətlər, paytaxtlar, siyasətçilər belə Ermənistanın işğalçılıq siyasəti və erməni separatizmi məsələsində eyni mövqeni paylaşıb, eyni səngərdən “atəş” açıblar on illər boyu.

Gürcüstanın və Moldovanın işğal altındakı ərazilərinə fərqli yanaşan, o ərazilərin “dərhal və qeyd-şərtsiz” azad olunmasına çağırışlar edən Qərb demokratları, təsisatları Qarabağ məsələsində “reallığı nəzərə almağımızı” istəyirdilər. Azərbaycan artıq 6-cı ildir yeni reallıq yaradıb, Ermənistan rəhbərliyi də məmnundur, Bakı təşəkkür edir, amma həmin təşkilatlar və deputatlar yenə də köhnə “havaları çalırlar”.

Rusiyanın Zatulini də Qərbdəki “düşmənləri” ilə eyni fikirdədir. Bu günlərdə yenə də sərsəm iddialar səsləndirdi. Ölkəsinin hakimiyyəti Şvabenin ölkəsiylə, yaxud Fransa və digərləri ilə müharibə dili ilə danışır, Zatulin isə AŞPA-nın qəbul etdiyi qərəzli qətnaməyə “züy tutur”. Hibrid müharibədə o da öz yerini alıb. Azərbaycanın beynəlxalq nüfuzunun artması, müstəqil siyasət yürütməsi, ABŞ, Aİ ilə münasibətlərin inkişafı, ölkəmizin regionda sülhü təmin etməsinin ardınca qlobal məkanda, Sülh Şurasının təsisçisi kimi rol alması Qərbdəki anti-Azərbaycan çevrələrlə yanaşı, Rusiyadakı şovinist dairələrii də hərəkətə gətirib.

İLHAMİ SON.jpg (55 KB)

Dövlətimizin başçısı Azərbaycana qarşı fəaliyyət göstərənlərə fikir vermədiyini deməklə onların topasına sərrast bir atəş açmış oldu. Bundan sonra daha da aqressivləşdilər, hətta Fransa Milli Assambleyası növbəti qətnaməsini əleyhimizə çevirdi. Amma mənasızdır, bir gün peşman olacaqlar. Muzdlu döyüşçülərin qazancı sonda ən azı həbsxana olacaq. Bu, onların son akkordlarıdır...Çox az qaldı...Əvvəlki nümunələr təsdiqləyib ki, onlar boğaza qədər rüşvət və korrupsiya çirkabına bulaşıblar, xilas üçün “saman çöpü”nə əl atırlar, separatçı erməniləri himayə yolu ilə nələrsə əldə edəcəklərini düşünürlər...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости