Свобода людям, независимость нациям!

"Kağız pələng"in Zəngəzur HƏDƏSİ – Onu Tramp RAM edə bilər

1602 16.01.2026 13:16 Колумнисты A A

37 gün sonra Rusiyanın Ukraynaya hərbi təcavüzünün 4 ili tamamlanacaq. Moskva isə indiyədək öz hədəflərinə çata bilməyib və böyük ehtimalla, bir müddət də “bataqlıq”da çapalayacaq. Təsadüfi deyil ki, Vladimir Putin srağagün xarici ölkə səfirləri ilə görüşdə Ukrayna böhranından dolayı əvvəlki nikbin və məmnun ovqatda görünmədi.

Əsas səbəblər, əlbəttə ki, müharibənin davamı üçün zəruri olan insan və maliyyə resursları çatışmazılığının get-gedə özünü daha qabarıq göstərməsi, mövcud sanksiyalar fonunda əhalinin konfliktdən yorulmağa başlamasıdır. Kremldəkilər bunu açıq etiraf eləməsələr də, faktlar acı mənzərəni göz önünə sərir.

Məsələn, “Financial Times” qəzeti yazıb ki, hökumətin sabitlik haqda bəyanatlarına rəğmən, Ukraynadakı müharibə fonunda Rusiya iqtisadiyyatı heç vaxt olmadığı qədər kiçilib və resurs qıtlığı hiss edir. Qeyd olunur ki, büdcədə neft-qaz gəlirlərinin payı 25%-dək aşağı düşüb. Hökumət bu itkiləri vergi artımları ilə kompensasiya eləməyə çalışsa da, problemin kardinal həlli mümkün deyil. Çünki hərbi xərclər durmadan artır. Nəşr habelə, ölkədə real inflyasiyanın rəsmi inflyasiyadan iki dəfə çox ola biləcəyini vurğulayıb...

В Венесуэле назвали Россию «бумажным тигром»

Bu yerdə ABŞ lideri Donald Trampın ötən il Rusiya haqda işlətdiyi “kağız pələng” ifadəsi yada düşür. Yəni, əslində, bu dövlətin hərbi qüdrəti iddia olunduğu kimi deyil(miş). Maraqlıdır ki, eyni termin az öncə Venesuela olayı ilə əlaqədar dövriyyəyə girmişdi. Söhbət Nikolas Maduraya qarşı məlum əməliyyat zamanı Rusiyanın Venesuelaya verdiyi dəstəyin (S-300, kəşfiyyat və s.) yararsızlığından gedir.

Gələk bölgəmizə.

Əfsus ki, həmin “kağız pələng” günü bu gün də Solovyov çaplı şarlatanların dilindən Güney Qafqaz daxil, postsovet ölkələrini hədələməyindən qalmır. Ən ciddi təhlükə isə “zəif bənd” sayılan Ermənistanadır. Nədən ki, bu ölkə hələ də böyük ölçüdə Moskvanın iqtisadi və energetik asılılığındadır. Üstəgəl, Gümrüdə Rusiyanın 5 min nəfərlik hərbi bazası yerləşib, Türkiyə və İranla sərhədləri “rus İvan” qoruyur, kapitulyant ölkədə Moskvaya bağlı “5-ci kolon” daim ayaqda və aktivdir.

Bu azmış kimi, Ermənistanın dəmir yolları da sovet dönəmindəki tək Moskvanın yurisdiksiyasında və nəzarətindədir. O səbəbə dünən Nikol Paşinyan TRIPP (Zəngəzur) marşrutunun Ermənistan seqmentində inşa işlərinin sürətləndirilməsindən danışarkən bir daha və az qala, xahiş-minnətlə Rusiyaya yolun bərpası üçün müraciət elədi (Ermənistanın marionet ölkə olduğunun növbəti sübutu). Çünki bunsuz dəhlizin işə düşməsi təbii ki, qeyri-realdır...

Bəs Moskva xahiş-müraciətə məhəl qoyacaqmı? Kreml Ermənistanı, Azərbaycanı, ümumən regionu onun orbitindən daha da uzaqlaşdıracaq tarixi layihəyə “dobro” verərmi? Ən mühümü, verərsə, nəyin müqabilində? Yaxud Trampla Putinin bu məsələdə siyasi bazarlığı mümkünmü? Mümkündürsə, hansı güzəşt(lər)in qarşılığında? Nəhayət, “kağız pələng” Ukraynadakı uğursuzluğun əvəzini Zəngəzurda çıxmağa çalışmayacaq ki?

Suallar çoxdur. Hamısı da bir-birinə kilidli. Təsəlliverici odur ki, Tramp siyasətdən çox biznes elitasının adamı olduğundan, Zəngəzurda öz maraqları naminə ciddi şəkildə dirənəcək. Axı marşrutdan gələ gəlirlərin 74 faizi ABŞ-a qalacaq. Putini – “kağız pələng”i isə o, necə “ram edəcək, yəqin ki, elə bu il görəcəyik.

Hər halda, Trampın zamanı yetərincədir. Hakimiyyətə cəmi bir ildir qayıdıb...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости