Свобода людям, независимость нациям!

Sülh yoluna basdırılan “mina” və Aİ-nin “Minsk Qrupu yoxsa, biz varıq” şantajı

1681 10.12.2025 16:16 Колумнисты A A

Ermənistan hakimiyyətinin iki stulda oturmaq siyasəti bu gedişlə ona baha başa gələcək. Bunu yazarkən heç də rəsmi İrəvanın həm Rusiyaya, həm də Qərbə yönəlik “bir addım irəli, iki addım geri” mövqeyindən çıxış etməsini nəzərdə tutmuruq. Rusiya hərbi bazasını ölkəsində saxlayıb, özü Kremlin patronajlığı altında Avrasiya İqtisadi İttifaqda, üstəlik KTMT-də olduğu halda, Avropa İttifaqı ilə günaşırı “yaxınlaşma”, “isinişmə”, “qucaqlaşma”  məzmunlu sənədlər imzalayan Ermənistan hakimiyyətinin bir gün çanaq başında çatlaya bilər, özləri bilər...

CROSSMEDIA - Avropa İttifaqı Ermənistanla yeni iqtisadi və nəqliyyat  marşrutlarını müzakirə etdi

Bu oyunbazlıqda bizim diqqətimizi çəkən əsas məsələ Ermənistan rəhbərliyinin sülh prosesi ilə manipulyasiya etmək cəhdidir. Baş nazir Nikol Paşinyan Almaniyada səfərdədir və yenə də dayanmadan sülhdən danışır. Düzdür, danışarkən yanlışlara da yol verir, özü də ciddisindən. Məsələn, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev erməni baş nazirə Ermənistan Konstitusiyasının dəyişdirilməli olduğunu xatırlatdıqda, Paşinyan heyrətamiz yalanı təkrar dilə gətirib. Deyib ki, ölkəsinin əsas qanununda Azərbaycana qarşı ərazi iddiaları yoxdur. Yəni tipik hay yalanı. Bütün dünya bilir ki, Ermənistan Konstitusiyasında nəinki Azərbaycana, həmçinin Türkiyəyə qarşı ərazi iddiaları əksini tapıb. Bizimçün nə əhəmiyyəti, bu iddialar müstəqillik bəyannaməsinə salınıb, ya başqa hansı sənədə. Əsas odur ki, konstitusiyanın preambulasında Paşinyanın guya münasibətlər qurmaq istədiyi iki qonşu ölkə əleyhinə iddialar əksini tapıb.

Irevan 5 baza prinsipine soyuq yanasir -

Nikol Paşinyan Azərbaycanla sülhə hazır olduğunu deməklə yanaşı, Türkiyənin də Ermənistanla sərhədlərin açılmasını həsrətlə gözlədiklərini deyib. Özünü avam yerinə qoyub, yoxsa Konstitusiyasından xəbəri yoxdur? Sən əvvəlcə cəfəng iddialardan imtina elə, sonra sülh və sərhəd qapısından danışmağa üzün olsun!

Paşinyan Türkiyənin qərarını gözləyir | Modern.az

Bu günlərdə məlumat yayıldı ki, Ermənistan hökuməti Ağrı dağının dövlət simvollarından tam çıxarılması istiqamətində addımlar atır. Xüsusilə də noyabrın 1-dən etibarən qüvvəyə minmiş sərhəd möhürlərinin yenilənməsi qərarının icraya yönəlməsi və Ermənistan sərhəd-buraxılış məntəqələrində istifadə olunan möhürlərdən Ağrı dağının təsvirinin çıxarılması müəyyən nikbinlik yaratmışdı. O da bildirildi ki, növbəti mərhələdə üzərində Ağrı dağı olan 50 min dramlıq əsginasın dizaynı dəyişdiriləcək. Dövlət gerbinin üzərindəki Ağrıdan imtina istiqamətində də qərar veriləcəyi deyilir. Amma faktiki olaraq əsas “ev tapşırıqları”na əməl edilməyib. Sabah hakimiyyət devrilsə, yeni gələn komandanın birinci addımı Paşinyanın qərarlarının ləğvi olacaq. Məhz buna görə də Azərbaycan Prezidenti sülh üçün əsas şərtini irəli sürüb: Ermənistan Konstitusiyası dəyişdirilməlidir. Təbii ki, bu dəyişikliklər referendumla həllini tapmalıdır, sonradan kimlərsə “mıx qurdalamasın”. Hələ indiki halda “sülhsevər” Paşinyan Konstitusiyada uyğunsuzluq olub-olmamasını Konstitusiya Məhkəməsinin ixtiyarına buraxırsa, görün ondan sonra hansısa revanşist necə sərsəmləyər. İstanbulda hansısa anlaşmanın əldə olunmasına parlamentdəki güllə-boranla reaksiya verən, sərhədlərin açılmasını nəzərdə tutan, Ermənistan üçün “hava və su” anlamında olan Sürix protokollarını belə ratifikasiya etməyən Ermənistandan söhbət gedir.

Nikol Paşinyan Ermenistan'ın daha önce silah satın alamaması meselesine  açıklık getirdi - Oxu.az

Ermənistan özünə inamı itirmiş, Paşinyan demişkən, “kadastr sənədi olmayan” ölkədir. Məhz bu səbəbdəndir həm Azərbaycanın, həm də Türkiyənin konkret şərtləri, tələbləri var, onlar icra olunmadan paraflanmış olsa belə, sülh sənədinin imzalanmasının mənası qalmayacaq.

Bir ölkə, bir rəhbər nə qədər etimadı itirər...Bayden administrasiyası ilə Avropa İttifaqının Ermənistanı “xilas” layihəsi kimi düşünülən Brüssel razılaşmasını unutmamışıq. Əvvəlki dönəmlərdə də hətta bir-biri ilə düşmən mərkəzlərin Ermənistan və erməni separatizmi ətrafında əl-ələ tutub “yallı” getmələrinin şahidi olmuşuq. Amma son ildə vəziyyət ciddi şəkildə dəyişmişdi axı...Əbu-Dabi görüşü, Vaşinqton anlaşmaları, Paşinyanın Prezident İlham Əliyevlə görüşmək, onu dinləməkdən ötrü necə can atdığını, sülhə sadiqliyini söylədiyini az eşitmədik, görmədik...Amma 2 dekabr 2025-ci il tarixində Brüssel şəhərində keçirilmiş Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəd imzalandı və içərisi də sərsəm iddialarla dolu. Qarabağdan könüllü getmiş ermənilərin Qarabağa qaytarılması kimi absurd iddianın əksini tapan sənədə imza atılanda “sülhpərvər” Paşinyan harda idi? Yaxud Ararat Mirzoyan, Alen Simonyan, elə bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə birgə sualları cavablandırarkən sülh və əməkdaşlıqdan danışan Armen Qriqoryan anlamırlarmı ki, bu sənəd kövrək sülh prosesinə zərbədir?!

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

Rəsmi Bakı kifayət qədər sərt arqumentlərlə Aİ-Ermənistan sənədindəki cəfəngiyatları darmadağın edib. Yəqin ki, bu istiqamətdə növbəti addımlar da olacaq. Amma bu, kimə və nəyə gərək idi? Budur, Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını indiki mərhələdə şərh etməyə hazır deyil. İrəvandakıların sözləri yoxdur, çünki həqiqət, reallıq o qədər aşkardır ki, onun qarşısına çıxmaq mümkün deyil. Heç şübhəsiz, Ermənistan rəhbərliyi Azərbaycandan çəkinir, ona görə də “zil”ə çıxmağa ehtiyatlanır. Amma bir neçə gün əvvəl delimitasiya və demarkasiya olunmuş 13 km-lik sərhəd zolağının qarşıqında çıxış edən, Azərbaycan və erməni sərhədçilərin təhlükəsiz şəkildə xidmət apardıqlarını, özünün də bölgədə təhlükə hiss etmədiyini deyən Paşinyan anlamırmı ki, Aİ ilə imzalanan sənəd əslində sülhə gedən yola basdırılan “mina”dır?!

Ermənistan vətəndaş cəmiyyəti təmsilçiləri yaxınlarda Bakıya gələcək -  RƏSMİ - Turkustan.az

Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin təmsilçiləri qarşılıqlı səfərlər edir, media nümayəndələri danışır, hər iki ölkənin rəsmləri - Baş nazirin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan Qəbələdə sərhədlərin delimitasiyası və təhlükəsizliyi məsələlərini müzakirə edi, Azərbaycan Zəngəzur dəhlizini yekunlaşdırmaq üzrədir, daha nələr, nələr...Və bu ərəfədə yenə də ortaya Avropa İttifaqı çıxır, Ermənistanla imzaladığı sənəddə “köhnə havaları” sadalayır. Heç şübhəsiz, məram-məqsəd sülhə əngəl olmaqdır. Özü də bu hadisə nə zaman baş verdi: Azərbaycanın və Ermənistanın müraciəti əsasında ATƏT-in Minsk Qrupunun “dəfn”inin elan olunmasından bir gün sonra! Təsadüfdürmü? Şübhəsiz ki, yox. Ermənistanda 209 nəfərlik missiya – kəşfiyyatçı dəstələrini göndərən və bir müddət öncə Zəngəzur dəhlizində də “gözünün olduğunu” deyən Aİ təmsilçiləri bu kağız parçası ilə “Minsk Qrupu getdisə, biz varıq” -  tövrü nümayiş etdirmək istəyirlər. Təbii ki, Ermənistan hakimiyyətinin məkrli siyasəti bu müdaxiləyə imkan verib. İstisna deyil ki, Aİ-Ermənistan sazişində əksini tapan sərsəmləmələrin əksəriyyətinin müəllifləri elə haylar özləridir. Dövlətimizin başçısı dəfələrlə xəbərdarlıq edib: “Peşman olacaqlar!”

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости