İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda yataq səhnələri olan filmlərə qadağa qoyulacaq

357 26.04.2024 11:22 Dünya A A

Qırğızıstanda “Qırğıztamassı” dövlət kino mərkəzində ekspert şurasının yaradılmasını nəzərdə tutan qanun layihəsini nəzərdən keçirirlər.

Musavat.com vesti.kg-a istinadən xəbər verir ki, şura dövlət qeydiyyatına alınmış bütün filmlərin ilkin ekspertizasını keçirəcək.

“Qırğızıstanda yayımı və nümayişi üçün nəzərdə tutulan filmlərdə pornoqrafik xarakterli səhnələr (epizodlar) və ya qadağan olunmuş digər fəaliyyətlər olmadıqda, yayım sertifikatı veriləcək. Qadağan olunmuş səhnələr aşkar edildikdə, ekspert şurası materialları kinematoqrafiya şöbəsində idarələrarası ekspert komissiyasına baxılması üçün göndərəcək. Təqdim olunmuş materiallarda qadağan olunmuş yaradıcılıq fəaliyyət növlərinin nəticələri təsdiqlənərsə, idarələrarası komissiya audiovizual əsərin qadağan olunmuşlar kateqoriyasına aid edilib-edilməməsi barədə əsaslandırılmış rəy verəcək”, - deyə sənəddə bildirilir.

Mədəniyyət Nazirliyi onu da vurğulayır ki, Qırğızıstan Respublikasının ərazisində kirayəsi, ictimai nümayişi və yayılması üçün nəzərdə tutulan filmlər Qırğızıstan Respublikasının qanunvericiliyinə ciddi şəkildə riayət etməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR