İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Qurbanov: "Tibb müəssisələrində müraciətlərin əksəriyyəti arayışlarla bağlıdır"

341 26.04.2024 11:56 Ölkə A A

Bakı Biznes Mərkəzində "Elektron tibbi arayış" xidmətinin təqdimatı keçirilir.

Musavat.com xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, səhiyyənin rəqəmsallaşdırılması, informasiya texnologiyaları və idarəetmə sistemlərinin tətbiqi ölkəmizdə prioritet əhəmiyyət kəsb edir. Vüqar Qurbanov həmçinin yalnız səhiyyə deyil, müxtəlif sahələrdə elektronlaşdırılmaya böyük önəm verildiyini vurğulayıb:

"Son illər ərzində ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti çərçivəsində “elektron hökumət”in formalaşması, dövlət xidmətlərində “bir pəncərə” prinsipi əsasında istifadəni təmin edən “Elektron hökumət” portalının fəaliyyətinin genişləndirilməsi texnoloji infrastrukturun daha da təkmilləşməsinə zəmin yaradıb. Əlbəttə ki, dövlət orqanlarının informasiya sistemləri arasında xüsusi infrastruktur informasiya mübadiləsinin çevik və rahat aparılmasına imkan verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dövlət orqanları arasında sənəd mübadiləsinin elektronlaşdırılması” haqqında Fərmanını xüsusi olaraq vurğulamaq istəyirəm. Həmin Fərmana əsasən dövlət orqanlarında kargüzarlığın aparılması sahəsində qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla “kağızsız hökumət”ə keçid prosesi sürətləndirilib, rəqəmsal idarəçilik tətbiq olunmağa başlayıb. Belə bir şəraitdə səhiyyə sahəsində elektronlaşdırılmadan istifadə etməklə vətəndaşlar üçün daha çevik, əlçatan   və rahat bir sistem yaratmaq xüsusi ilə əhəmiyyətli oldu. Məlum olduğu kimi, TƏBİB-in tabeliyində olan bütün tibb müəssisələrində elektronlaşma və informasiya texnologiyalarının tətbiqi uğurla həyata keçirilir. Müraciət olunan tibbi xidmətlər arasında ambulator tibbi xidmətlər üzrə müraciətlər üstünlük təşkil edir ki, onların da kifayət qədər hissəsi tibbi arayışların əldə edilməsi ilə bağlı müraciətlərdir. Bu gün ən çox müraciət olunan arayışlar - işə qəbul zamanı, təhsil müəssisələrinə daxil olanlar üçün sağlamlıq haqqında tibbi arayışlar və sürücülük vəsiqəsi əldə etmək üçün sürücülüyə yararlı olmaq haqqında tibbi arayışlardır. Ötən ilin statistikasına əsasən, tabeli tibb müəssisələrimizdə 28 min 893 nəfərə “Ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün”, 4404 vətəndaşa isə “Sürücülüyə yararlı olmaq barədə” tibb arayış təqdim olunub".

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR