İnsanlara hürriyət, millətlərə istiqlal!

13 ildən sonra İLK - Özbəkistan İranı darmadağın etdi

2665 10.09.2025 17:32 İdman A A

Daşkənd – Özbəkistan milli komandası Orta Asiya Futbol Federasiyası (CAFA) Millətlər Kubokunun finalında İranı 1:0 hesabı ilə məğlub edərək çempionluğa yüksəlib.

Musavat.com xəbər verir ki, bu il ikinci dəfə təşkil olunan turnirin final qarşılaşması paytaxt Daşkənddəki Olimpiya Stadionunda baş tutub.

Normal müddət qolsuz başa çatıb. Lakin oyunun 120-ci dəqiqəsində Xocakbar Alicənovun vurduğu qol Özbəkistana tarixi qələbə qazandırıb.

Özbəkistan bu nəticə ilə İran üzərində 13 ildən sonra ilk qələbəsini əldə edib. Daha öncə isə ölkə futbolu tarixində ilk dəfə dünya çempionatının Asiya seçmə mərhələsində uğurlu çıxış edərək ABŞ, Meksika və Kanadada keçiriləcək 2026 Dünya Çempionatına vəsiqə qazanmışdı.

Sultan Məmmədli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR