İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya növbəti zərbə – Avropa nəhəngi Moskva ilə...

320 05.06.2026 22:24 Dünya A A

Almaniya hökuməti bir neçə həftədir ki, Rusiya ilə mümkün danışıqların formatını müzakirə edir.

Musavat.com xəbər verir ki, Almaniya Kanselyariyası bu məsələ ilə bağlı müntəzəm məsləhətləşmələr aparır, xüsusilə də Fransa və Böyük Britaniya nümayəndələri ilə koordinasiya edilir.

Məlumata görə, yaxın həftələrdə Moskva ilə mümkün danışıqların formatı müzakirə olunacaq. Mənbələrdən birinin sözlərinə görə, Avropa tərəfi ilə Rusiya arasında danışıqlar pəncərəsi yavaş-yavaş açılır.

Qeyd olunur ki, tərəflər mümkün danışıqların həm maksimum səmərəli, həm də maksimum legitim formatda keçirilməsini istəyirlər.

Rusiya ilə mümkün təmaslar barədə ilk məlumatlar may ayının əvvəlində yayılmışdı. Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl danışıqlarda Gerhard Şroyderə üstünlük verdiyi vasitəçi kimi gördüyünü bildirmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR