İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin qərb sanksiyalarına cavab: "Yanacaq bazarındakı çətinliklər müvəqqətidir, vəziyyət sabitdir"

414 22.07.2026 15:04 Dünya A A

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkənin iqtisadi vəziyyəti, xüsusilə də enerji sektoru ətrafındakı proseslərə dair mühüm bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, iqtisadi məsələlərə həsr olunmuş operativ müşavirədə danışan dövlət başçısı Rusiya üçün yanacaq bazarında yaradılan cari çətinliklərin tamamilə müvəqqəti xarakter daşıdığını bildirib.

Vladimir Putin xarici qüvvələrin ölkənin yanacaq-enerji kompleksindəki (YEK) vəziyyəti destabilizasiya etmək və sarsıtmaq yönündəki bütün cəhdlərinə baxmayaraq, Rusiya iqtisadiyyatının ümumi vəziyyətinin son dərəcə dayanıqlı və sabit olduğunu xüsusi vurğulayıb.

Müşavirədə, həmçinin xarici təzyiqlərə qarşı daxili bazarın qorunması məqsədilə atılacaq növbəti addımlar müzakirə edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR