İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan MARAQLI çağırış: Rusiyanı NİŞAN verib...

410 22.07.2026 17:00 Ölkə A A

Moskvanın Ermənistan məhsullarına tətbiq etdiyi qadağalar Rusiya bazarında yaranacaq boşluğu Azərbaycanın doldurması üçün tarixi fürsətdir.

Musavat.com xəbər verir ki, bunu Modern.az-a açıqlamasında deputat Tahir Rzayev deyib.

Deputat vurğulayıb ki, Rusiya bazarlarına ən çox kənd təsərrüfatı məhsulları məhz Azərbaycandan ixrac olunur. Bu, həm iqtisadi, həm ictimai, həm də siyasi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Onun fikrincə, tətbiq edilən məhdudiyyətlər Azərbaycan üçün yeni imkanlar açacaq. Belə ki, Rusiya bazarlarında tələbat artarsa, fermerlərimiz daha çox kənd təsərrüfatı məhsulu istehsal etməyə yönələ bilərlər. Bu da ölkə iqtisadiyyatına əlavə valyuta axınının təmin edilməsində başlıca rol oynayacaq.

1acced44-eacc-370f-ac53-73972ad39d0e_1200.jpg (205 KB)

Qeyd edək ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") may ayından etibarən Ermənistandan balıq, meyvə-tərəvəz, gül, bəzi növ konyak və şərabların, eləcə də "Cermuk" mineral sularının idxalına və satışına qadağa qoyub. Əksər məhsulların Rusiya ərazisindən digər ölkələrə tranzit daşınması da qadağan edilib.

Rusiya tərəfi bunu məhsullarda zərərvericilərin aşkarlanması ilə əsaslandırmağa çalışsa da, məqsədin Qərbyönümlü siyasət yürüdən Nikol Paşinyan hökumətini cəzalandırmaq olduğu hamıya bəllidir.

Qeyd edək ki, Rusiya Ermənistandan kənd təsərrüfatı və qidayönümlü emal sənayesi məhsullarının idxalını dayandırıb. Bu məhsulların ixracı Ermənistanın ümumi ixracında 10-12 faiz paya malik olsa da, onların istehsalında çalışanların sayca çox olması təzyiq rıçaqlarını daha təsirli edə bilər. Artıq erməni balıq istehsalçılarının etirazları başlayıb.

Azərbaycan Ermənistandan Rusiyaya idxalı dayandırılan hansı məhsulları əvəz edə bilər? Bu baxımdan ilk olaraq diqqət pomidora yönəlir. 2025-ci ildə Azərbaycan Rusiyaya 166.100 ton, Türkiyə 59.000 ton, Çin 53.100 ton, Özbəkistan 32.800 ton, Ermənistan 18.500 ton pomidor ixrac edib. İxrac qadağası istixana pomidoru ixracının başa çatmasından sonra tətbiq edildiyinə görə yeni məhsul yetişənə qədər aradan qalxmayacağı təqdirdə Azərbaycan ixracı ən azı 8-9 min ton artıra bilər.

IMc2oX02N9P7ryarBzx5W67WfC9OcL50gROaGRmU_1200.jpg (229 KB)

Ermənistan 2025-ci ildə 17.500 ton bibərlə Rusiyanın üçüncü ən böyük bibər tədarükçüsü olub. İran birinci, Çin isə ikinci yerdədir. Ermənistan 2025-ci ildə 74.300 ton bibər istehsal edib və ixrac yalnız Rusiyaya olub. Azərbaycan isə bibərin ixracatçısı deyil, idxalçısıdır. Ötən il böyük əksəriyyəti İrandan(8,3 min ton) olmaqla 9,5 min ton bibər idxal etmişik. İranın bütün növ ərzaq məhsullarının ixracını dayandırdığını nəzərə alsaq, Azərbaycan bu məhsulu Ermənistandan almaqla Rusiyanın İrəvana təzyiq imkanını zəiflədə bilər.

2025-ci ildə Ermənistan Rusiyaya 22,9 milyon dollar dəyərində 12.200 ton çəyirdəkli meyvə göndərib. Bu həcmin əsas hissəsi ərik (5.840 ton), şaftalı və nektarin (3.680 ton) olub. Gavalı və albalı az miqdarda - müvafiq olaraq 1580 ton və 1140 ton tədarük edilib. Ümumilikdə, Ermənistanda çəyirdəkli meyvə istehsalı ötən il 235.000 tona çatıb ki, bunun da 17.500 tonu ixrac edilib. 2025-ci ildə Ermənistanın çəyirdəkli meyvə və giləmeyvə ixracının təxminən 70 faizi Rusiyaya gedirdi; əvvəlki illərdə bu pay daha yüksək, 96 faizə qədər idi. Ekspertlərə görə, Rusiya bazarının itirilməsi Ermənistan istehsalçıları üçün kritik olmayacaq.

Rusiyalı ekspertlərə görə, Azərbaycan Ermənistan şaftalı və nektarininin əvəzini verə bilər. Əriyə gəlincə, Azərbaycan ildə 7-7,3 min ton ərik ixrac etsə də, özü bu məhsulun bir hissəsini Türkiyə və Özbəkistandan alır. Münasibətlər dərinləşərsə, əriyi də Ermənistandan almaq mümkün olar.

Ötən il Ermənistanın 10 min ton təşkil edən alma ixracının cəmi 2900 tonu Rusiyaya reallaşıb. Bu ixracın dayanması Azərbaycan üçün elə ciddi pəncərə açmayacaq.

FOREL.jpg (103 KB)

Ermənistanda illik forel balığı istehsalı 18 min ton civarındadır. Ötən il bu həcmin yarısı - 9.000 tonu Rusiyaya ixrac edilib. Azərbaycan bu məhsulu da Ermənistandan idxal edə bilər. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sözlərinə görə, 2026-cı il etibarilə Ermənistanın ümumi kənd təsərrüfatı ixracatının 98 faizə qədəri və güclü spirtli içki ixracatının 78 faizi Rusiyanın payına düşür.

Ermənistan son illərdə Hollandiyadan aldığı gül fidanlarını böyüdüb Rusiyaya ixrac edirdi. 2025-ci ildə Ermənistanın ümumi gül ixracatı 49,1 milyon dollar təşkil edib ki, bunun da 46 milyon dolları (93,8 faizi) Rusiyaya göndərilib. Rusiya tərəfi hələ ötən ildən Hollandiya mənşəli güllərin idxalına görə Ermənistana xəbərdarlıq etmişdi.

Azərbaycanın təzə gül idxalı illik 12-13 milyon ədədə çatır. Əsas hissəsi Ekvadordan gətirilir. Bu baxımdan, gülləri daha ucuz qiymətə Ermənistandan ala bilərik.

Azərbaycan Ermənistandan Rusiyaya çiyələk idxalına qoyulan qadağadan bu mövsümdən bəhrələnməyə başlayıb. Belə ki, ötən ilin ilk 11 ayında Ermənistan istehsalçıları Rusiyaya çiyələk ixracını 12,51 milyon dollara çatdırıblar. Azərbaycan isə may ayının sonunadək Rusiyaya ciyələk ixracının dəyərini ötən ilki 12 233,25 milyon dollardan 37 milyon 64,86 min dollara qədər artırıb. Artım 3 dəfədən də çoxdur.

DOLLAR.jpg (193 KB)

Alkoqollu içkilərə gəlincə, Ermənistandan Rusiyaya ən çox konyak ixrac olunur. Rusiyanın bu məhsul üzrə idxalının 10 faizi Ermənistandan reallaşdırılır. Eyni zamanda Ermənistan Rusiyaya böyük həcmdə konyak spirti – son məhsul üçün xammal satır. Rusiya konyak istehsalçılarının yarısı məhz Ermənistan xammalına əsaslanır. Bu baxımdan, Rusiya hazır məhsula qadağanı xammal spirtinə qədər genişləndirməyib.

Azərbaycanın alkoqollu içki ixracı çox cüzi həcmləri əhatə edir və ixrac bazarları arasında Rusiya yoxdur. Əksinə, Azərbaycan Şimal qonşumuzdan iri həcmdə belə içkilərdən idxal edir.

Ermənistanın "Cermuk" mineral sularını isə Azərbaycan Kəlbəcərdə və Naxçıvanda istehsal olunan sularla əvəz edə bilər. Rusiya belə sular üzrə ölkəmizin əsas ixrac bazarıdır. 

Dünya,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR