İnsanlara hürriyət, millətlərə istiqlal!

İordaniyadakı ABŞ bazasına HÜCUM ANI - ANBAAN VİDEO

1023 22.07.2026 15:11 Dünya A A

İnternetdə İordaniyadakı "Muvaffaq Salti" aviabazasına İrandan endirilən raket zərbələri anında çəkildiyi iddia olunan kadrlar yayılıb.

Musavat.com xəbər verir ki, "Meta" smart eynəkləri vasitəsilə çəkildiyi bildirilən görüntülərdə təşviş içində olan amerikalı hərbçilərin siqnal səsləri altında sığınacaqlara (bunkerlərə) təxliyə olunması əks olunub.

Kadrların İordaniyadakı ABŞ kontingentinin yerləşdiyi həmin bazaya raket və PUA hücumu zamanı çəkildiyi iddia olunur. Videoda həyəcan siqnalının işə düşməsindən sonra şəxsi heyətin təcili qaydada sığınacaqlara tərəf qaçdığı görünür.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hələlik görüntülərin həqiqiliyini və hücum nəticəsində dəymiş ziyanın miqyasını rəsmi şəkildə təsdiqləməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR