İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan BMT baş katibi postuna sürpriz namizəd - üzv dövlətlər səs verəcəkmi?

671 22.07.2026 14:07 Dünya A A

ABŞ prezidenti Donald Tramp BMT-nin növbəti baş katibi postunda Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantinonu görmək istəyir. ABŞ mediasında dərc olunan iddialara görə, son futbol üzrə dünya çempionatı zamanı Tramp və İnfantino arasında yaxın münasibət yaranıb.

Xatırladaq ki, BMT-nin hazırkı baş katibi Antonio Quterreşin səlahiyyətləri 31 dekabr 2026-cı ildə başa çatır.

Hazırda isə BMT rəhbərliyinə 5 şəxsin namizədliyi nəzərdən keçirilir: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi, Çilinin keçmiş prezidenti Mişel Baçelet, Seneqalın keçmiş prezidenti Maki Sall, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) xüsusi məzuniyyətdə olan baş katibi Rebeka Qrinspan və BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Mariya Fernanda Espinosa.

Hüquqşünas Sahib Məmmədov Musavat.com-a açıqlamasında baş katib postuna seçkilərin keçirilmə qaydası, həmçinin namizədlər barədə danışıb.

SAHİB SON.jpg (32 KB)

O qeyd edib ki, BMT sistemində bütün orqanlar seçkilər ədalətli coğrafi bölgü prinsipinə əsaslanır:

“Yəni BMT-nin əsas 6 orqanında üzvlər dövlətlərin özüdür. Dövlətlər bu orqanlara seçilərkən ədalətli coğrafi bölgü prinsipi əsas götürülür. Dünya dövlətləri beş regional qrupa bölünür: Afrika qrupu; Asiya-Sakit Okean qrupu; Şərqi Avropa qrupu; Latın Amerikası və Karib hövzəsi qrupu; Qərbi Avropa və digər dövlətlər qrupu. BMT sistemində seçkili vəzifələrə təyinat olan zaman da bu prinsipə əməl olunur. Ötən dəfə BMT baş katibi vəzifəsinə Qərbi Avropa qrupunun təklif etdiyi namizəd seçilmişdi. Hazırkı baş katib Antonio Quterreş Portuqaliyadan olan dövlət xadimi olub. Ənənəyə görə, bu dəfə əsas namizəd Latın Amerikası və Karib hövzəsi qrupundan olmalıdır. Bu qrupdan da əsas namizəd hazırda Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossidir. O, argentinalı siyasətçidir. Həmin regiondan digər namizədlər də var. O ki qaldı Canni İnfantinoya, o, Avropada doğulub”.

 q92nvoguyQiUK7pjlHOY9v9tKZ7vO6Hrew4G1KAC_1200.jpg (149 KB)

Sahib Məmmədov vurğulayıb ki, BMT sistemində əsas vəzifələrə təyinat BMT Təhlükəsizlik Şurası üzvlərinin razılığı olmadan mümkün deyil:

“Xüsusilə, veto hüququ olan dövlətin razılığı olmadan təyinat alınmır. ABŞ isə həm BMT TŞ-nin daimi üzvlərindəndir, həm də BMT sistemində əsas söz sahibidir. Belə olan halda ABŞ prezidenti israr etsə, seçki məsələsində ciddi böhran yarana bilər. Ard-arda iki baş katibin Qərbi Avropadan olması bir qədər mövcud praktikadan geri çəkilmə ola bilər. Amma burada bir məsələ var. Namizədi Amerika qitəsindən olan dövlət irəli sürür. Əgər bu qrupdan digər dövlətlər də Trampın irəli sürdüyü namizədi dəstəkləsə, o zaman şans artır. Hesab edirəm ki, İnfantino uğursuz namizəddir. Belə postlara adətən öz ölkəsində xarici işlər naziri olmuş şəxslər, əvvəllər beynəlxalq publik hüququn subyekti olan beynəlxalq təşkilatlarda rəhbər vəzifələrdə olan şəxslər irəli sürülür. İndiyədək belə vəzifələrə beynəlxalq özəl hüququn subyekti olan beynəlxalq təşkilatın (FIFA beynəlxalq özəl hüququn subyektidir - red.) rəhbərinin namizəd kimi irəli sürülməsini xatırlamıram”.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR