İnsanlara hürriyət, millətlərə istiqlal!

2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək VİDEO

1074 28.01.2026 13:40 Son xəbər A A

Azərbaycan Dəmir Yolları QSC (ADY) Bakı və ətraf ərazilərdə dəmir yolu şəbəkəsini genişləndirir. 2030-cu ilədək əlavə 25 dayanacaq və stansiya istifadəyə veriləcək.

ADY-dən Musavat.com-a verilən məlumata görə, Dövlət Proqramı çərçivəsində aşağıdakı istiqamətlərdə dəmir yolu xətləri bərpa olunacaq və yeni stansiyalar tikiləcək:

- Yeni Suraxanı-Hövsan (4 stansiya)

- Bakıxanov-Binə-Qala (7 stansiya)

- Zabrat-Maştağa-Bağlar (7 stansiya)

Məlumata görə, hazırda Dərnəgül dayanacağının tikintisi sürətlə davam edir, Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqları yaradılır. Bundan əlavə, Baş Keşlə və Nərimanov stansiyalarında qatarların dayanması təmin olunacaq.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR