İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalmaqallı aktyordan ŞOK etiraf: “Qadınla liftə minmirəm”

399 07.06.2026 17:48 Şou-biznes A A

Türkiyənin tanınmış aktyoru Ozan Güven keçmiş sevgilisi Deniz Bulutsuz ilə bağlı məhkəmə prosesindən sonra uzunmüddətli sükutunu pozub.

Musavat.com xəbər verir ki, keçmiş sevgilisini döyməkdə ittiham olunan və “qəsdən sağlamlığa zərər vurma” maddəsi ilə cəzalandırılan aktyor yaşadığı prosesin ona ağır təsir etdiyini bildirib.

“Biz Bize” proqramında qonaq olan Ozan Güven deyib ki, məhkəmə prosesinin 5 ildən artıq davam edəcəyini gözləmirmiş:

“Hamı məndən niyə susduğumu soruşurdu. Hüquq var, ədalət var, istintaq sirri var idi. Mən də çıxıb ictimai rəy formalaşdıra bilərdim. Amma ədalətə güvəndiyim üçün susdum. Məhkəmənin 5,5 il davam edəcəyini bilmirdim. Bu müddət ərzində həm danışmaq, həm də susmaq çox çətin idi”.

Aktyor bildirib ki, uzun sürən proses həyatında dərin izlər buraxıb:

“Bu 6 il məndən çox şey aldı, məni məhv etdi. Artıq qadınla liftə minmirəm, tək minirəm. Bir gün ədalət hamıya lazım olacaq”.

Ozan Güven son günlər Kadıköydə olduğu bir məkanda qadınların etirazı ilə üzləşdiyini də xatırladıb. O, Türkiyədə zorakılığın əsas məsul şəxsi kimi təqdim edilməsinin haqsızlıq olduğunu iddia edib:

“Qadınlara qarşı müsbət ayrı-seçkiliyi tam dəstəkləyirəm. Qadınlarımızı və uşaqlarımızı qorumalıyıq. Amma bir neçə xəstə təfəkkürlü şəxslə eyni sıraya qoyulmaq məni çox üzdü”.

Aktyor məhkəmə işində irəli sürülən beş ittihamdan dördü üzrə bəraət aldığını da vurğulayıb. Onun sözlərinə görə, telefonun götürülməsi və azadlığın məhdudlaşdırılması ilə bağlı ittihamlar sübuta yetirilməyib.

“Aramızda mübahisə yarandı. Abajur məsələsi oldu. Həmin abajur silah hesab edildi və mən silahla xəsarət yetirmək maddəsi ilə cəza aldım”, - deyə Güven bildirib.

O, cəmiyyətdə “linç mədəniyyəti”nin artdığını qeyd edərək, hər kəsin bir gün ədalətə ehtiyac duyacağını söyləyib.

Ozan Güven sosial şəbəkə hesabında çıxış etdiyi “O.M.G” tamaşasının Antalya, Ankara və İzmir nümayişlərinin ləğv olunduğunu açıqlayıb. Aktyor tamaşaçılardan üzr istəyərək mövsümün son tamaşasının iyunun 19-da Baba Sahnedə keçiriləcəyini bildirib.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR