ABŞ tərəfindən əsir götürülmüş Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin məhkəməsi 1 iyun 2027-ci ildə başlayacaq.
Musavat.com xarici mediaya istinadla xəb ər verir ki, bu barədə Nyu-York məhkəməsinin qərarında bildirilir.
Hakim Alvin Gellersteyn məhkəmə iclasında konkret vaxt göstərib: "1 iyun 2027".
Daha əvvəl Mayami prokurorlarına hazırkı işin kifayət qədər əsaslı olmaması ilə bağlı narahatlıqlar səbəbindən Nikolas Maduroya qarşı yeni ittihamlar hazırlamaq tapşırılıb.
Venesuela prezidenti ilin əvvəlində ölkəsində hərbi əməliyyat zamanı ABŞ hüquq-mühafizə orqanları tərəfindən Karakasdakı iqamətgahında saxlanılıb. 3 yanvar şənbə günü baş tutan əməliyyat zamanı ABŞ ordusu həm Karakasda, həm də ölkənin digər bölgələrində yerləşən strateji əhəmiyyətli hədəflərə zərbələr endirib.
Musavat.com






