Sosial şəbəkələrdə paylaşımları ilə tanınan Eylem Çelik son günlər adı məşhur şoumen Mehmet Ali Erbil ilə hallanan qalmaqallı məsələyə münasibət bildirib.
Musavat.com xəbər verir ki, 21 yaşlı Çelik Erbillə tanışlıq hekayəsini danışaraq ona qarşı məhkəmə iddiası qaldıracağını açıqlayıb.
Bildirib ki, Mehmet Ali Erbil ona "Instagram" vasitəsilə yazıb və aktyorluqla maraqlandığını öyrəndikdən sonra görüşmək istədiyini deyib:
"Mənə İstanbula gələndə görüşməyi, qəhvə içməyi təklif etdi. İş görüşməsi olacağını düşündüyüm üçün razılaşdım. İstinyedə görüşdük. Daha sonra bəzi sənədlər verəcəyini deyərək məni evinə dəvət etdi".
Eylem Çelikin sözlərinə görə, Erbilin evinə getdikdən sonra gözlənilməz hadisə ilə qarşılaşıb:
"Qapını köməkçisi açdı. Evdə bir neçə nəfər var idi. Ayaqyolundan istifadə etmək üçün icazə istədim. Oradan çıxan kimi gördüm ki, canlı yayım açılıb. Nə edəcəyimi bilmədim və dərhal evi tərk etdim. Mehmet Ali Erbil mənə "köməkçim ol, sevgilim ol, mənimlə yaşa" deyirdi."
Gənc fenomen yaşananlardan sonra psixoloji cəhətdən ciddi zərbə aldığını vurğulayıb və Erbilə qarşı hüquqi addım atacağını bildirib:
"Onunla bağlı məhkəməyə müraciət edəcəyəm. Haqqımda yaranan təsəvvür səbəbindən insanların arasına çıxa bilmirəm. İnsanların məni bu hadisə ilə tanıması məni narahat edir. Onun ucbatından çox pis tanınıram".
Könül
Musavat.com






