Avropa Komissiyası Meta-dan Instagram və Facebook-un istifadəçilərdə asılılıq yaratdığı bildirilən dizayn elementlərini dəyişdirməyi tələb edib.
Musavat.com xəbər verir ki, Avropa Komissiyası Meta şirkətindən Instagram və Facebook platformalarının istifadəçilərdə asılılıq yaratdığı hesab edilən dizayn elementlərini dəyişdirməyi tələb edib.
Məlumata görə, Brüssel videoların avtomatik oynadılması və sonsuz xəbər lentinin (infinite scroll) standart olaraq aktiv olmasının söndürülməsini istəyir. Bundan başqa, tövsiyə alqoritmlərinin dəyişdirilməsi və istifadə vaxtına daha effektiv nəzarət alətlərinin tətbiqi də tələb olunur.
Şirkət bu tələbləri yerinə yetirməyəcəyi təqdirdə, Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktını pozduğuna görə Meta qlobal illik dövriyyəsinin 6%-nə qədər cərimə oluna bilər.
Musavat.com






