İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsrin böyük yanlışı... İlqar Altaydan sensasion yazı

613 12.07.2026 15:08 Dünya A A

İctimai-siyasi şərhçi İlqar Altay Rusiya-Ukrayna müharibəsinin gedişatı, Kremlin 2022-ci ildə verdiyi qərarın nəticələri və Rusiyada son günlər baş verən hadisələr barədə diqqətçəkən fikirlərini qələmə alıb. Müəllif bu yazıda müharibənin gedişini və Moskvanın üzləşdiyi vəziyyəti öz baxış bucağından təhlil edir.

Musavat.com həmin məqaləni təqdim edir:

Bu saat, dünya üzrə ən qaynar nöqtə Afrikada, Cənub-Şərqi Asiyada ya nə də ki, hətta İrandakı münaqişə, müharibələr deyil. Bu saat dünyanın ən alovlu və qlobal dönüş yarada bilən qaynar nöqtəsi əsasən Rusuya-Ukrayna müharibəsidir. Daha da dəqiqi, son günlərdə Rusiya ərazisidir. Heç kimin 2-ci Dünya Müaharibısindən sonra 85 ildə gözləmədiyi, proqnoz verə bilmədiyi bir haldır: Rusiya od-alov içində yanır. Ölkənin hər tərəfində neft-qaz emalı, digər mühüm obyekt, hərbi infrastrukturu, gəmiləri, onilliklərdə əsas gəlir gətirən mənbə sahələri Ukrayna tərəfdən vurulur, yanır.

12 Tem 2026 15_11_49.png (2.45 MB)

Müdafiəsi də, demək olar çöküb. Kremldə çaxnaşmadır, xalq isə, xeyli etirazda! Bir canlı həqiqət... 2022-ci ilin əvvəli idi. Moskva, Kremldə qızğın hədələyci əhval var idi Ukraynaya qarşı. Bütün Qərb mətbuatı, siyasi təhlilçilər, elə, postsovet məkanı və bizim Azərbaycanda da deyirdilər ki, Rusiya Ukraynaya hücum edəcək. Mən isə son günədək inadla deyirdim ki, Putin bunu etməz! Ancaq, 22 fevral 2022-də Putin bunu etdi. Belə halda, əsas da Rusiyanın "5-ci kolonu" tərəfdən mənə xeyli atmacalı və qürurlu siqnal və şərhlər gəldi ki, rişxəndlə: "nə oldu bəs?". Əl çəkmıdilər. Cavab yazdım ki mən Putini ağlı başında dövlət adamı bilib, düşündüm ki, o bu intihara getməz! Sözüm tutdu deyəsən, onları.

Sakitləşdirər. Bu, atmacalar və cavabım öz səhifəmdə bu gün də durur. Və bu gün artıq, aradan 4 il yarım keçmiş əlahəzrət zaman, həmin o, Rusiya şəbəkəsinin başbilənlərinə sübut edir, bunu da oxusunlar ki, Kremlin o addımı ağlasığımaz intihar yanlışı idi.

P. S. Budur videoda, 6 gündə Rusiyanın Azov dənizi sularında 76 gəmi, tankeri vurulub... Xəbər var ki, bu gecə daha 14-ü vurulub. Bu tankerlər isə çox bahalıdır, iqtisadi mühümdürlər. Çöküşdür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR