İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda güclü yağış: küçələri sel basdı - Video

393 12.07.2026 15:18 Dünya A A

Gürcüstanın Telavi şəhərində yağan güclü yağış ciddi fəsadlara səbəb olub.

Musavat.com yerli KİV-ə istinadən xəbər verir ki, intensiv yağıntılar nəticəsində Telavi dərəsi məcrasından çıxaraq daşıb. Sel suları şəhərin Kavkasioni və Alazani prospektlərinin bəzi hissələrini su altında qoyub.

Məlumata görə, dərədən küçələrə axan güclü sel suları nəqliyyatın hərəkətində çətinlik yaradıb, bir neçə küçə və yaşayış məntəqəsində problemlərə səbəb olub.

Hadisə yerinə polis əməkdaşları, xilasedicilər və yerli hakimiyyət orqanlarının nümayəndələri cəlb edilib. Hazırda ərazidə vəziyyətin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR