Qəzza zolağında beynəlxalq humanitar yardım çərçivəsində paylanılan ət məhsulları sakinlər tərəfindən küçələrə atılıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb yardımın İsrailə məxsus soyuducu yük avtomobilləri ilə daşınması olub.
Ərəb televiziya kanalının yaydığı görüntülərdə insanların ət məhsullarını küçəyə ataraq buna etiraz etdikləri əks olunub. Bildirilir ki, sakinlər humanitar yardımın İsrail nəqliyyatı vasitəsilə çatdırılmasına narazılıqlarını bu şəkildə ifadə ediblər.
Şahanə Rəhimli
Musavat.com






