İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən dünyaya daha bir qorxu- Peykləri iflic edəcək

1119 12.07.2026 21:38 Dünya A A

Çin alimləri aşağı Yer orbitində fəaliyyət göstərən peykləri sıradan çıxara biləcək yeni mikrodalğalı silah hazırladıqlarını açıqlayıblar.

Musavat.com xəbər verir ki, Çinli tədqiqatçılar bir neçə güclü şüalandırıcıdan ibarət sistemin kosmik aparatların, o cümlədən Starlink peyklərinin elektron avadanlığını zədələyə biləcək güclü impulslar yarada bildiyini bildiriblər.

Hazırda bu sistemin real döyüş şəraitində sınaqdan keçirilib-keçirilmədiyi və ya Çin ordusunun silahlanmasına qəbul olunub-olunmadığı barədə rəsmi məlumat açıqlanmayıb. Bununla belə, belə texnologiyalar gələcəkdə kosmosdakı rabitə və peyk infrastrukturuna qarşı istifadə oluna biləcək perspektivli vasitələrdən biri hesab edilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR