İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanun layihəsinin adının dəyişdirilməsi təklifi qəbul olunmadı

505 13.07.2026 12:33 Son xəbər A A

Milli Məclisin bu gün keçirilən iclasında “Kraudfandinq haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com-un xəbərinə görə, layihə barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib.

Deputat Hikmət Məmmədov çıxışında qanun layihəsinin adının dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib:

“Kraudfandinq termininin özü bir qədər anlaşılan deyil, dilimizə yaddır. Bu gün dilimiz üzərində təzyiq yaradan əsas vasitələrdən biri də bu terminlərdir. Kraudfandinq sözünün tərcümədən mənası kollektiv maliyyələşdirmə və ya ictimai maliyyələşdirmədir. Əgər mümkündürsə, qanunvericilik təşəbbüsü ilə çıxış edən subyekt razıdırsa, bunu dəyişərək “Kollektiv maliyyələşdirmə haqqında” və ya “İctimai maliyyələşdirmə haqqında” qanun edək”.

Komitə sədri Azər Əmiraslanov isə qanunun adının dəyişdirilməsi ilə bağlı təklifə münasibəti zamanı belə deyib: “Biz bu adları nə qədər milliləşdirməyə cəhd edəcəyiksə, müəyyən uğursuzluğumuz ola bilər. Gərək bunu tam dəqiq ifadə edək. Təhrif edilmiş adlar bu qanunun mahiyyətini təhrif edə və bizi əsas məqsəddən uzaqlaşdıra bilər”.

Layihə öz adı ilə birgə səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR