Məhərrəm ayı sabah, iyulun 14-də başa çatacaq. Ardınca isə hicri-qəməri təqvimin Səfər ayı başlayacaq.
Musavat.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul əməkdaşı Samid Quliyev bildirib ki, Səfər ayı iyulun 15-də başlayacaq və avqustun 13-dək davam edəcək.
Onun sözlərinə görə, Həzrət İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin şəhadətinin 40-cı günü olan Ərbəin bu il avqustun 4-də qeyd ediləcək.
Qeyd edək ki, bu il Məhərrəm ayı miladi təqvimlə iyunun 16-da başlayıb. Aşura günü isə iyunun 25-də qeyd olunub.






