İnsanlara hürriyət, millətlərə istiqlal!

"Erməni bazarı"nda gecə kabusu: strateji mərkəz vuruldu

872 13.07.2026 23:48 Dünya A A

Ukrayna qüvvələri Krımın şimalındakı Armyansk rayonu istiqamətində Rusiya ordusunun iri hərbi obyektini hədəfə alıb.

Musavat.com xəbər verir ki, gecə saatlarında Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun iri yarımyeraltı logistika obyektinə kütləvi zərbə endirib.

Hədəf komanda məntəqələri, anbarlar və digər hərbi obyektlər olub. Obyektlərin bir hissəsinin yeraltında yerləşməsi səbəbindən onların vurulması üçün çoxlu sayda döyüş sursatından istifadə edilib.

Əməliyyat bu istiqamətdə Rusiya hava hücumundan müdafiə sisteminin zəifləməsindən sonra mümkün olub. Rusiya hərbçiləri arasında itkilərin olduğu bildirilir.

Qeyd edək ki, Armyansk rayonu Krımın şimalında, Xerson vilayəti ilə sərhədə yaxın yerləşir. Rayonun tarixi adı "Erməni bazarı" olub. Yaşayış məntəqəsi XVIII əsrin sonlarında bölgədə məskunlaşmış erməni icmasının şərəfinə belə adlandırılıb, sonradan bu ad qısaldılaraq "Armyansk" formasını alıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR