Yaxın Şərqdə gərginlik yeni mərhələyə keçib. İran ordusunun ABŞ hədəflərinə qarşı yeni zərbələr endirdiyi bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Məlumata görə, hücumlar zamanı Küveytdə ABŞ-yə məxsus rabitə sistemləri, Patriot hava hücumundan müdafiə kompleksi və sursat anbarı hədəfə alınıb.
İran Hərbi Dəniz Qüvvələrinin də ABŞ-nin düşmən gəmisi kimi təqdim etdiyi hədəfə zərbə endirdiyi bildirilir. Tehran bu əməliyyatların ABŞ-nin İranın hərbi obyektlərinə endirdiyi son hücumlara cavab olduğunu bəyan edir.
Musavat.com






